Yaqub
2 Qardaşlar, əgər siz ayrı-seçkilik edirsinizsə, demək olarmı ki, şanlı Ağamız İsa Məsihin qoyduğu imana riayət edirsiniz?+ 2 Axı yığıncağınıza barmaqlarına qızıl üzüklər taxmış, gözəl libas geyinmiş bir adam, eyni zamanda əynində çirkli paltar olan yoxsul bir adam girəndə 3 siz gözəl libaslını xoş üzlə qarşılayıb, ona: «Buyur, keç yuxarı başa», yoxsula isə: «Sən ayaq üstə dur», yaxud: «Keç, kətilimin yanında, yerdə otur»,+ — deyirsinizsə, 4 məgər bir-birinizi təbəqələrə ayırıb,+ əyri hökmlər çıxaran hakimlər olmursunuz?+
5 Əziz qardaşlarım, bir qulaq asın. Məgər Allah dünyanın gözündə yoxsul olanları imanda zəngin olub+ Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçməyib?+ 6 Siz isə yoxsulu alçaldırsınız. Məgər sizə zülm edən, sizi dartıb məhkəmələrə aparan varlılar deyil?+ 7 Məgər daşıdığınız o şərəfli adı təhqir edənlər varlılar deyil? 8 Əgər siz Müqəddəs Yazılarda qanunların şahı olan «başqasını özünü sevdiyin kimi sev»+ qanununu icra edirsinizsə, çox yaxşı iş görürsünüz. 9 Yox əgər ayrı-seçkilik edirsinizsə,+ günah işləyirsiniz və qanun sizi bir cinayətkar kimi ittiham edir.+
10 Əgər kimsə bütün Qanuna riayət edib, təkcə bir tələbi pozursa, belə adam bütün qanunları pozmuş olur.+ 11 Çünki «zina etmə»+ deyən həmçinin «qətl etmə»+ deyib. Buna görə də əgər sən zina etmir, lakin qətl törədirsənsə, deməli, qanunu pozursan. 12 Azad xalqın qanunu+ ilə mühakimə ediləcək adamlar kimi danışın və hərəkət edin. 13 Mərhəmət göstərməyənə rəhmsiz hökm çıxarılacaq.+ Mərhəmət hökm üzərində zəfər çalır.
14 Qardaşlar, əgər kimsə deyir ki, imanı var, ancaq onun yaxşı əməlləri yoxdursa, bunun nə faydası?+ Məgər belə iman onu xilas edə bilər?+ 15 Əgər bir qardaşın, yaxud bacının geyinməyə paltarı və gündəlik yeməyi yoxdursa 16 və sizlərdən biri onlara: «Sağ-salamat gedin, isinin və qarnınızı doydurun», — deyir, amma möhtac olduqları zəruri şeyləri vermirsə, bunun nə faydası?+ 17 Eynilə, iman da əməlsiz ölüdür.+
18 Ancaq kimsə deyə bilər: «Sənin imanın var, mənim də əməlim. Sən mənə öz imanını əməlsiz göstər, mən isə sənə imanımı əməldə göstərim». 19 Allahın tək olduğuna inanırsan? Əcəb edirsən! Cinlər də inanır və qorxularından tir-tir əsirlər.+ 20 Ey düşüncəsiz insan, məgər bilmirsən ki, əməlsiz iman faydasızdır? 21 Məgər atamız İbrahim oğlu İshaqı qurbangahın üzərində təqdim edəndən sonra əməlləri sayəsində saleh bilinmədi?+ 22 Görürsən, onun imanı əməllərlə müşayiət edilirdi və əməllərlə də tamamlandı.+ 23 Beləcə, Müqəddəs Yazılardakı: «İbrahim Yehovaya iman gətirdi və buna görə saleh sayıldı»+ sözləri yerinə yetdi və ona «Yehovanın dostu» deyildi.+
24 Göründüyü kimi, insan əməlləri ilə saleh bilinir, ancaq imanla deyil. 25 Məgər fahişə Rahab da elçiləri qonaqpərvərliklə qarşılayıb başqa yolla ötürəndən sonra əməlləri sayəsində saleh bilinmədi? + 26 Bəli, ruhsuz* bədən ölü olduğu kimi,+ əməlsiz iman da ölüdür.+