Koloslulara məktub
2 İstəyirəm biləsiniz ki, sizlərin, Laodikiyadakıların+ və məni şəxsən tanımayanların hamısının uğrunda böyük mübarizə aparıram. 2 Bu ona görədir ki, hamınızın qəlbi təsəlli tapsın,+ siz qarşılıqlı məhəbbət telləri ilə birləşəsiniz+ və böyük sərvətə — müqəddəs sirrin aydın və qəti anlayışına, Allahın müqəddəs sirri olan Məsih haqqında dəqiq biliyə yiyələnəsiniz.+ 3 Bütün hikmət və elm xəzinələri onda gizlədilib.+ 4 Bunu ona görə deyirəm ki, heç kəs sizi hiylə-kələklə aldatmasın. 5 Cismən yanınızda olmasam da, ruhən yanınızdayam, aranızdakı nizam-intizamı+ və Məsihə olan möhkəm imanınızı görüb sevinirəm.+
6 Beləliklə, Ağamız Məsih İsanı qəbul etdiyiniz kimi, bundan sonra da onunla vəhdətdə yeriyin. 7 Necə ki öyrənmisiniz, eləcə də İsada kök atıb böyüyün,+ imanda sarsılmaz olun,+ qəlbiniz Allaha şükranla dolub-daşsın.+
8 Diqqətli olun ki, heç kəs sizi bu dünyanın baxışlarına*, insan ehkamlarına əsaslanan fəlsəfə ilə, puç və yanlış+ fikirlər vasitəsilə əsir almasın. Bunlar Məsihdən deyil. 9 Çünki ilahi keyfiyyətlər tam dolğunluğu ilə+ Məsihdə yaşayır. 10 Bütün hökumət və hakimiyyətin başı olan Məsihin sayəsində siz də dolğunluğa yetişmisiniz.+ 11 Məsihlə münasibətiniz sayəsində siz insan əli ilə yox, Məsihin davamçılarına yaraşan sünnətlə,+ bədənin günahlı əməllərini kəsib atmaqla sünnət edildiniz.+ 12 Çünki siz də onunla birgə onun vəftizində* dəfn edildiniz,+ onunla münasibətiniz və onu diriltmiş Allahın qüdrətli işinə gətirdiyiniz iman sayəsində+ həyata qayıtdınız.+
13 Bundan əlavə, günahlarınıza və sünnətsiz olduğunuza görə ölü olan sizləri Allah onunla bərabər həyata qaytardı.+ O, lütfkarlıqla bütün günahlarımızı bağışladı.+ 14 Fərmanlardan ibarət+ olub əleyhimizə işləyən+ yazılı sənədi ləğv etdi,+ onu işgəncə dirəyinə* mıxlayıb aradan götürdü.+ 15 O, işgəncə dirəyi* vasitəsilə hökumətləri və hakimiyyətləri lüt-üryan etdi, onları zəfər yürüşündə əsir kimi aparıb hamıya nümayiş etdirdi.+
16 Bu səbəbdən qoy heç kəs sizi yeməyə, içməyə+ görə, yaxud bir bayrama, təzə ay mərasiminə+ ya da şənbəyə+ görə mühakimə etməsin. 17 Bütün bunlar gələcəkdəkilərin kölgəsidir,+ gerçəklik isə Məsihdədir.+ 18 Qoy süni təvazökarlıqdan, mələklərə sitayişdən həzz alan heç bir adam sizi mükafatdan məhrum etməsin.+ Belə adam aldığı vəhyin «üstündə durur»*. O, əsassız olaraq cismani düşüncələri ilə lovğalanır, 19 başa sadiq qalmır.+ Başın sayəsində bütün bədən oynaq və əzələ bağları vasitəsilə bəslənir, həmahəng surətdə birləşir və Allahın böyütdüyü kimi böyüyür.+
20 Əgər siz Məsihlə birlikdə bu dünyanın baxışları üçün ölmüsünüzsə,+ onda niyə hələ də bu dünyaya məxsus adam kimi yaşayaraq+ 21 «Əl vurma! Yemə! Toxunma!» kimi qanunlara tabe olursunuz? 22 Axı bu qanunlar işləndikcə yox olan şeylərə aiddir. Onlar insan təlimlərinə və əmrlərinə əsaslanır.+ 23 Onlar uydurma ibadət, süni təvazökarlıq və bədəni üzən mənasız ayinlərdən+ başqa bir şey deyil və zahirən müdrik görünsə də, nəfslə mübarizədə tamamilə gücsüzdür.