Zəbur
Məzmur. Şəhərə qalxarkən*.
2 Sən öz zəhmətinin bəhrəsini yeyəcəksən,
Səadət və uğur sənə yar olacaqdır.+
3 Evində arvadın bar gətirən üzüm meynəsi kimi,+
Süfrə arxasında övladların zeytun pöhrələri kimi olacaq.
4 Bax, Yehovadan qorxan adam
Bu cür xeyir-bərəkət alacaq.+
5 Yehova Siondan sənə xeyir-bərəkət verəcək.
Ömrün boyu Yerusəlimi xoş güzəranlı görəsən,+
6 Oğullarının oğullarını görəsən!
Qoy İsraildə əmin-amanlıq olsun!