Əyyub
37 Buna görə ürəyim çırpınır,
Bərk döyünür.
2 Onun səsinin gurultusuna,
Ağzından çıxan ildırıma qulaq as!
3 Onu səma altında açıb buraxır,
Şimşəyini+ yerin dörd tərəfinə göndərir.
Leysana: “Gur-gur yağ!” — deyir.+
7 Bütün bəşərin işini dayandırır ki,
Hamı Onun işlərini öyrənsin.
8 Vəhşi heyvanlar öz yuvasına girir,
Orada qalır.
11 Buludları rütubətlə yükləyir,
Şimşəyini buludlara yayır.+
12 Buludlar yönəltdiyi səmtə burulurlar,
Yer üzündə Onun əmrini icra edirlər.+
15 Bilirsən, Allah buludlara necə nəzarət edir?
Şimşəyi onların arasından necə çaxdırır?
16 Buludlar səmada necə süzür?+
Bunlar kamil bilik Sahibinin xariqələridir!+
17 Cənub küləyi yer üzünə sükunət gətirəndə
Paltarların nə üçün qızır?+
18 Sərt mis güzgüyə bənzəyən səmanı
Onunla birlikdə döyüb yaya bilərsən?+
19 Söylə, Ona nə deyək?
Qaranlıqdayıq, söz tapa bilmirik.
20 Məgər Ona deyilməlidir ki, mənim Ona sözüm var?
İnsan elə bir vacib şey deyib ki, Ona çatdırılsın?+
22 Şimaldan qızılı şəfəqlər saçır.
Allahın ehtişamı+ heyrət doğurur.
24 Buna görə qoy insanlar qorxsun Ondan!+
O, özünü ağıllı sayanları bəyənmir».+