Zəbur
BEŞİNCİ BÖLMƏ
(107—150-ci məzmurlar)
2 Belə desin Yehovanın xilas etdiyi,
Düşmən əlindən azad etdiyi kəslər,+
3 Diyar-diyar yığdığı,+
Şərqdən, qərbdən,
Şimaldan, cənubdan topladığı kəslər.+
4 Onlar səhrada, biyabanda dolaşırdılar,
Bir şəhərə yol tapmırdılar ki, gedib orada yaşasınlar.
5 Onlar acırdılar, susayırdılar,
Taqətsizlikdən huşlarını itirirdilər.
8 Qoy insanlar Yehovaya şükür etsin+ məhəbbətinə görə,
Bəşər oğlu üçün gördüyü heyrətli işlərinə görə.+
9 Çünki susuzlara su içirdir,
Acları nemətlərlə doyurur.+
10 Bəziləri zülmətin dibində yaşayırdı,
Dəmir buxovlardan əziyyət çəkirdi, məhbus idi,
11 Çünki Allahın sözünə qarşı çıxmışdılar,
Haqq-Taalanın məsləhətini rədd etmişdilər.+
12 Odur ki, sıxıntılarla ürəklərini ram etdi.+
Yıxılırdılar, onlara kömək edən olmurdu.
13 Dar ayaqda Yehovadan imdad diləyirdilər,
Yenə də onları bəladan qurtarırdı.
14 Onları zülmətin dibindən azad edirdi,
Buxovlarını qoparıb açırdı.+
15 Qoy insanlar Yehovaya şükür etsinlər məhəbbətinə görə,+
Bəşər oğullarına göstərdiyi heyrətli işlərinə görə.
16 Mis qapıları sındırdı,
Dəmir rəzələri qırdı.+
18 Hər yeməkdən iyrənirdilər,
Ölümün qapılarına yaxınlaşırdılar.
19 Dar ayaqda Yehovadan imdad diləyirdilər,
Yenə də onları bəladan qurtarırdı.
20 Sözünü göndərirdi, onları sağaldırdı,+
Onları düşdükləri quyulardan çıxarırdı.
21 Qoy insanlar Yehovaya şükür etsinlər məhəbbətinə görə,
Bəşər oğullarına göstərdiyi heyrətli işlərinə görə.
22 Qoy şükranlarını qurban gətirsinlər,+
Onun işlərini sevinc sədaları ilə bəyan etsinlər.
23 Gəmi ilə dənizdə səyahət edənlər,
Dəryalarda ticarət edənlər+
24 Yehovanın işlərini,
Əngin sulardakı xariqələrini,+
25 Sözü ilə tufan qopduğunu,+
Dalğaları qabartdığını gördülər.
26 Onlar göylərə qalxır,
Dərinliyə enirlər.
Bədbəxtlik yaxınlaşanda canları əldən gedir.
28 Dar ayaqda Yehovaya fəryad edirlər,+
Onları bəladan qurtarır.
29 Qasırğanı ram edir,
Dənizin dalğaları yatır.+
30 Sakitlik çökəndə sevinirlər,
Onları istədikləri limana aparır.
31 Qoy insanlar Yehovaya şükür etsinlər məhəbbətinə görə,
Bəşər oğullarına göstərdiyi heyrətli işlərinə görə.+
32 Qoy camaat içində Onu ucaltsınlar,+
Ağsaqqallar məclisində tərif etsinlər.
33 O, çayları səhraya,
Axar suları quraqlığa,+
34 Bərəkətli torpağı şoranlığa döndərir,+
Oradakı sakinlərin şər əməllərinə görə.
35 Səhralığı gölə çevirir,
Quraq yerdə çeşmələr qaynadır.+
38 Onlara xeyir-bərəkət verir, çoxalırlar,
Mal-qaralarının sayı azalmır.+
39 Amma sıxıntı, əzab, qəm-qüssə görəndə
Yenə xalqın sayı azalır, beli bükülür.
40 O, əsilzadələrin üstünə nifrət yağdırır,
Onları yolsuz-rizsiz səhrada sərgərdan edir.+
41 Fəqiri isə zülmdən qoruyur,+
Ailəsini böyüdür, sürü kimi çoxaldır.