Saylar
12 Günlərin birində Məryəmlə Harun Musanın qarasınca deyinməyə başladı. Çünki Musa özünə kuşlu arvad almışdı.+ 2 Onlar deyirdilər: «Məgər Yehova sözlərini təkcə Musa vasitəsilə deyir? Bəyəm bizim vasitəmizlə də danışmır?»+ Yehova isə bütün bunları eşidirdi.+ 3 Dünyada Musa kimi həlim adam yox idi.+
4 Yehova gözlənilmədən Musaya, Haruna və Məryəmə dedi: «Üçünüz də Hüzur çadırının qabağına gəlin». Üçü də durub ora gəldi. 5 Yehova bulud sütununun içində aşağı endi,+ çadırın girişində durub Harunla Məryəmi çağırdı. İkisi də qabağa çıxdı. 6 Allah dedi: «Eşidin nə deyirəm. İçinizdə peyğəmbər peyda olanda Mən Yehova ona vəhydə Özümü əyan edirəm,+ röyada onunla danışıram.+ 7 Amma qulum Musa ilə vəziyyət başqa cürdür. Ona bütün xalqımı etibar etmişəm*.+ 8 Onunla üz-üzə, göz-gözə danışıram.+ Sözümü ona müəmmalarla yox, açıq deyirəm. O, Yehovanın zühurunu gözləri ilə görür. Nə cürət edib Mənim quluma, Musaya qarşı çıxdınız?»
9 Yehova onlara qəzəblənib oradan uzaqlaşdı. 10 Bulud çadırın üstündən çəkildi. O andaca Məryəm cüzamdan qar kimi ağappaq oldu.+ Harun çevrilib gördü ki, Məryəm cüzama tutulub.+ 11 Dərhal Musaya yalvarmağa başladı: «Nə olar, ağam, bir qələtdir eləmişik, keç günahımızdan! 12 Qoyma Məryəm ana bətnindən bədəni yarı çürük çıxan ölü körpə kimi olsun!» 13 Musa Yehovaya yalvardı: «Ay Allah, nə olar, ona şəfa ver!»+
14 Yehova Musaya dedi: «Əgər atası üzünə tüpürsəydi, o, yeddi gün adam içinə çıxa bilərdi? Qoy yeddi gün düşərgədən təcrid edilib kənarda qalsın,+ sonra geri qayıda bilər». 15 Məryəm yeddi günlüyə düşərgədən xaric edildi.+ Ta o qayıdana kimi xalq həmin yerdən tərpənmədi. 16 Sonra xalq Həseyrutdan+ yola düşüb Fəran səhrasında+ düşərgə saldı.