Zəbur
106 Yaha alqış edin!
2 Kim Yehovanın möhtəşəm işlərindən danışa bilər?
Kim Onun tərifəlayiq işlərini bəyan edə bilər?+
3 Xoşbəxtdir o kəslər ki, haqq-ədalətə bağlıdır,
Hər zaman dürüst davranır.+
4 Ey Yehova, xalqına lütf göstərəndə məni də yada sal.+
Qeydimə qal, mənə nicat ver ki,
5 Seçilmişlərinə+ nəsib etdiyin kəramətdən mən də dadım,
Xalqınla birgə sevinib-şadlanım,
İrsinə qoşulub Səni fəxrlə tərif edim.
7 Ata-babalarımız Misirdə Sənin möhtəşəm işlərinin qədrini bilmədilər,
Sənin bol məhəbbətini yaddan çıxartdılar,
Sənə qarşı qalxdılar, dənizin, Qırmızı dənizin kənarında.+
9 O əmr etdi Qırmızı dəniz qurudu,
Onları dənizin dibi ilə çöllükdə aparırmış kimi apardı.+
10 Onları düşmən əlindən,
Yağı pəncəsindən çəkib aldı.+
11 Sular düşmənlərin üstünü örtdü,
Biri də sağ qalmadı.+
13 Amma çox çəkmədi ki, işlərini unutdular;+
Məsləhətini gözləmədilər.
15 O da istədiklərini onlara verdi
Və canlarına qırıb-tökən azar saldı.+
16 Düşərgənin içində Musaya,
Yehovanın müqəddəs bəndəsi Haruna+ paxıllıq etdilər,+
17 Onda yer aralanıb Datanı uddu,
Abiramın başına toplaşanları özünə qərq etdi.+
18 Bu kütlənin arasına od düşdü,
Alov şər adamları məhv etdi.+
19 Huribdə dana düzəltdilər,
Tökmə bütə səcdə etdilər.+
20 Mənim calalımı
Ot yeyən dananın surətinə dəyişdilər.+
21 Allahı, xilaskarlarını unutdular,+
Misirdə əzəmətli işlər görəni,+
22 Ham ölkəsində möhtəşəm işlər görəni,+
Qırmızı dənizdə vəhmli işlər görəni+ unutdular.
23 O, az qalmışdı onların məhvinə əmr versin,
Amma seçdiyi qulu Musa Ona yalvardı ki,
Məhvedici qəzəbini yatırsın.+
26 O da əlini qaldırıb and içdi ki,
Cəsədlərini səhrada yerə sərəcək,+
27 Nəsillərini xalqlar arasında yıxacaq,
Onları diyarbədiyar səpələyəcək.+
30 Fənhas qalxıb işə qarışanda
Qırğın kəsildi.+
31 Bu, nəsillər boyu, əbədilik
Onun üçün salehliyə yazıldı.+
37 Oğullarını, qızlarını
Cinlərə qurban gətirdilər.+
38 Məsumların qanını tökürdülər,+
Kənan bütlərinə qurban verərək
Öz oğul-qızlarının qanını axıdırdılar.+
Beləcə, ölkə qana bulanıb murdar oldu.
40 Axırda Yehovanın qəzəbi xalqına qarşı kükrədi,
Öz irsinə nifrət etdi.
42 Düşmənlər onlara zülm etdi,
Onların əli altında qaldılar.
43 O, onları dəfələrlə qurtarırdı,+
Lakin onlar asi olub itaət göstərmirdilər,+
Öz təqsirləri ucbatından rəzil olurdular.+
45 Onların xatirinə əhdini yada salırdı,
Bol məhəbbətinə görə rəhm göstərirdi.+
46 Onları əsir edənlərin qəlbində
Onlara qarşı mərhəmət oyadırdı.+
47 Ey Allahımız Yehova, bizi xilas et,+
Bizi xalqların arasından topla ki,+
Sənin müqəddəs adına həmd edək,
İftixarla Səni ucaldaq.+
48 İsrailin Allahı Yehovaya
Əzəldən əbədiyyətədək alqış olsun!+
Bütün bəşər «amin» desin.
Yaha alqış edin!