Zəkəriyyə
4 Mənimlə danışan mələk geri qayıdıb məni oyatdı, sanki, yatmış adamı oyadırdı. 2 Sonra məndən soruşdu: «Nə görürsən?»
Mən dedim: «Büsbütün qızıldan olan çıraqdan görürəm.+ Onun yuxarısında bir kasa var, üstündə isə yeddi çıraq.+ Bu yeddi çırağın yeddi lüləsi var. 3 Çıraqdanın yanında iki zeytun ağacı+ durub; biri kasanın sağında, biri solunda».
4 Sonra mənimlə danışan mələkdən soruşdum: «Ağam, bunlar nə deməkdir?» 5 O dedi: «Məgər bunların mənasını bilmirsən?»
Mən dedim: «Xeyr, ağam».
6 Onda mələk mənə dedi: «Yehovanın Zərubabilə sözü budur: “Hərb gücü ilə yox, güc-qüvvə ilə yox,+ Mənim ruhumla”,+ — deyir ordular Allahı Yehova. 7 Sən kimsən, ey uca dağ?! Zərubabilin+ önündə düzəngaha çevriləcəksən.+ O, “Nə gözəldir! Nə qəşəngdir!” sədaları altında təpə daşını qaldırıb qoyacaq».
8 Mənə Yehovanın sözü nazil oldu: 9 «Bu evin bünövrəsini Zərubabilin əlləri qoydu,+ onun əlləri də bu işi tamamlayacaq.+ Onda biləcəksiniz ki, məni sizin yanınıza ordular Allahı Yehova göndərib. 10 Kiçik işlərlə başlanmış günlərə kim həqarət edirdi?+ Zərubabilin əlində şaqulu görənlər sevinəcək. Həmin yeddi göz Yehovanın gözləridir. Onlar bütün dünyanı seyr edir».+
11 Mən ondan soruşdum: «Çıraqdanın sağında və solunda olan o iki zeytun ağacı nəyi bildirir?»+ 12 Sonra soruşdum: «Bəs zeytun ağaclarının iki qızıl lülədən qızıl maye axıdan iki budağı nəyi bildirir?»
13 Onda o, mənə dedi: «Məgər bunların mənasını bilmirsən?»
Mən dedim: «Xeyr, ağam».
14 O, mənə dedi: «Bunlar Xudavəndi-aləmin yanında duran iki məsh olunmuşu bildirir».+