Zəbur
Dirijora. Simli alətlərin müşayiətilə. Maskil*. Davudun məzmuru.
2 Nə olar, məni dinlə, hay ver.+
Dərd-sərdən dincliyimi itirmişəm.+
Ağlım başımdan çıxıb,
3 Düşmənin sözlərindən,
Şər adamın zorundan.
Üzərimə pislik yağdırırlar,
Mənə qarşı acıqlıdırlar, ədavət bəsləyirlər.+
5 Qorxudan canıma titrəmə düşüb,
Vücudum tir-tir əsir.
6 Deyirəm: «Kaş göyərçintək qanadlarım olaydı!
Uçub sakit yerdə məskən salardım.
8 Sərt küləyin, qasırğanın əlindən
Tez daldaya girərdim».
9 Ey Yehova, onları çaşbaş qoy, niyyətlərini alt-üst et*,+
Çünki şəhərdə zorakılıq, dava-dalaş gördüm.
10 Gecə-gündüz divarların üstündə dolaşırlar,
Şəhərdəsə fitnə-fəsad var, pislik var.+
11 Orada ədavət baş alıb gedir,
Meydanından zülm-sitəm, fırıldaq əskilmir.+
12 Məni düşmən ələ salsaydı,+
Dözərdim.
Üstümə yağı gəlsəydi,
Ondan gizlənərdim.
14 Səninlə gözəl dostluğumuz var idi,
Camaata qoşulub Allahın evinə qoşa gedərdik.
15 Qoy düşmənlərim məhv olsun,+
Diri-diri Məzara* düşsünlər,
Çünki aralarında, ürəklərində pislik yaşayır.
16 Mən isə Allahımı çağıracağam,
Yehova məni qurtaracaq.+
18 Düşmənlər alay-alay üstümə gəlir,
Allah canıma dinclik verər, onların həmləsindən qurtarar.+
O kəslər ki Allah qorxusu bilmirlər,+
Onlar pis yollarından dönməzlər.
21 Onun dili yağdan da yumşaqdır,+
Ürəyi isə dava axtarır.
Sözləri zeytun yağından da zərifdir,
Lakin siyrilmiş qılınca bənzər.+
23 Ey Allahım, Sən onları ən dərin qəbrə salarsan,+
Bu əliqanlı, məkrli adamların ömrü yarıya da çatmayacaq.+
Mən isə Sənə güvənəcəyəm.