Zəbur
Dirijora. «Məhv etmə». Davudun məzmuru. Mixtam*.
58 Ey bəşər oğulları, susa-susa salehlikdən danışa bilərsinizmi?+
Ədalətli hökm çıxara bilərsinizmi?+
3 Şər adamlar hələ ana bətnindən azğındır,
Doğulmamışdan yolunu azıb, hey yalan danışır.
5 O, ilanoynadanın səsini eşitməz,
Ovsunları nə qədər güclü olsa da.
6 Ey Allah, onların dişlərini qır,
Bu aslanların əngini əz, ey Yehova.
7 Qoy onlar su kimi axıb yox olsunlar,
Onlar yerə yıxılınca Sən ox-kamanını hazır tut.
8 Qoy onlar süründükcə əriyən ilbiz kimi olsunlar,
Ölü doğulmuş uşaq kimi gün işığı görməsinlər.
9 Alışan çır-çırpının istisi qazanlarınıza dəyməmiş
Allah güclü küləktək çırpıları sovuracaq, yaşı da, yanarı da.+
11 O zaman insanlar deyəcək: «Həqiqətən, salehin mükafatı var!+
Dünyanı mühakimə edən Allah var!»+