Çıxış
24 Sonra Yehova Musaya dedi: «Sən, Harun, Nadab, Abihu+ və İsrail ağsaqqallarından yetmiş nəfər dağa çıxın və uzaqda durub Mənə səcdə edin. 2 Yalnız Musa Yehovaya yaxınlaşsın, o birilər isə yaxınlaşmasınlar. Xalqdan da heç kim səninlə dağa çıxmasın».+
3 Musa gəlib Yehovanın bütün sözlərini və hökmlərini xalqa söylədi,+ xalq da bir ağızdan dedi: «Yehovanın bizə söylədiyi hər şeyə əməl etməyə hazırıq».+ 4 Musa Yehovanın bütün sözlərini qələmə aldı.+ Sonra səhər erkən durub dağın ətəyində qurbangah düzəltdi və İsrailin on iki qəbiləsinin sayına görə on iki sütun qoydu. 5 Sonra onun tapşırığı ilə İsrailin cavanları Yehovaya yandırma qurbanı gətirdilər və ünsiyyət qurbanı+ olaraq buğalar təqdim etdilər. 6 Musa qanın yarısını ləyənlərə yığdı, qalan yarısını isə qurbangaha səpdi. 7 Sonda əhd kitabını* götürüb ucadan camaatın qarşısında oxudu.+ Onlar isə dedilər: «Yehovanın bütün sözlərinə əməl edib Ona tabe olacağıq».+ 8 Onda Musa qandan götürüb xalqın üstünə səpdi+ və dedi: «Bu qan eşitdiyiniz bütün o sözlər əsasında Yehovanın sizinlə bağladığı əhdi qüvvəyə mindirir».+
9 Musa, Harun, Nadab, Abihu və İsrail ağsaqqallarından yetmiş nəfər dağa qalxıb 10 İsrailin Allahını gördülər.+ Onun ayaqları altında, sanki, göy yaqutdan döşəmə, səmanın özü kimi aydın bir şey var idi.+ 11 Allah İsrail başçılarına toxunmadı.+ Allah vəhydə onlara göründü. Onlar yeyib-içdilər.
12 Yehova Musaya dedi: «Dağa, yanıma qalx və burada qal. Xalqı öyrətmək üçün sənə daş lövhələr üzərində qanun və əmrlərimi yazıb verəcəyəm».+ 13 Musa ilə xidmətçisi Yuşə+ qalxdılar və Musa Allahın dağına çıxdı.+ 14 Əvvəlcə isə ağsaqqallara belə dedi: «Biz qayıdana kimi burada gözləyin.+ Harun və Xur yanınızda qalır.+ Kimin nə işi olsa, onlara yanaşsın».+ 15 Musa dağa çıxdı. Dağın başını bulud bürümüşdü.+
16 Yehovanın calalı+ Sina dağından+ ayrılmırdı; bulud altı gün dağın başından çəkilmədi. Yeddinci gün Allah buludun içindən Musanı səslədi. 17 Durub tamaşa edən israillilərə Yehovanın calalı dağın başında alışıb yanan alov kimi görünürdü. 18 Musa buludun içinə girib dağa qalxdı.+ O, qırx gün-qırx gecə dağda qaldı.+