Əşiya
9 Lakin bu dəfəki zülmət ölkə əzab çəkərkən olduğu kimi olmayacaq. O zaman Zəbulun və Niftalı torpağı xar olmuşdu.+ Sonra isə O, dənizkənarı yol boyunca uzanan, İordan bölgəsində yerləşən, yadellilər yaşayan Cəliləni şərəfləndirəcək.
2 Zülmətdə gəzən xalq
Parlaq işıq gördü.
Zülmət diyarında yaşayanların üzərinə
Nur ələndi.+
3 Sən bu xalqı çoxaltdın, Sevincini artırdın. Biçin vaxtı sevinən adamlartək, Qəniməti bölüşdürən adamlartək sənin önündə sevindilər.
4 Sən onların ağır boyunduruğunu,
Çiyinləri üstündə duran çomağı, onları işlədənlərin dəyənəyini,
Mədyənin məğlubiyyət günündə olduğu kimi sındırdın.+
5 Addımlarkən yeri titrədən hər bir əsgər ayaqqabısı,
Qana bulaşmış hər bir paltar
Oda yem olacaq.
Hakimiyyət onun çiynində olacaq.+
Onun adı Müdrik məsləhətçi,+ Qüdrətli ilah+, Əbədiyyət atası, Sülh əmiri olacaq.
7 Hakimiyyəti ucqarlaradək yayılacaq,
Sülhün sonu olmayacaq.+
O, Davudun taxtında,+ padşahlığının başında oturacaq.
Bunu ordular Allahı Yehovanın qeyrəti edəcək.
8 Yehova Yaquba bir hökm göndərdi,
Və o, İsrailin üzərinə gəldi.+
9 Bütün xalq, Əfraim də,
Səməriyyə sakinləri də bunu biləcək.
Ürəkləri qürurlu, lovğa olduğundan deyirlər:
10 «Kərpic evlər uçdu,
Əvəzində daş evlər tikərik.+
Əncir ağacları kəsildi,
Onları sidrlə əvəz edərik».
11 Lakin Yehova Rəsinin düşmənlərini onun üstünə gətirəcək,
Yağılarını ayağa qaldıracaq,
12 Şərqdən Aramı, qərbdən filiştliləri qaldıracaq.+
Onlar ağızlarını açıb
İsraili udacaqlar.+
Yenə də Onun qəzəbi soyumur,
Yenə də əlini aşağı salmır.+
13 Xalq isə onu cəzalandıran Allaha tərəf dönmür,
Ordular Allahı Yehovanı axtarmır.+
15 Baş hörmətli adam və ağsaqqaldır,
Quyruq isə yalan təlim verən peyğəmbərdir.+
16 Bu xalqın bələdçiləri onu azdırır,
Onların ardınca gedənlər çaşqınlıq içindədir.
17 Buna görə Yehova onların cavanlarına baxanda fərəhlənməyəcək,
Yetiminə, duluna rəhm göstərməyəcək.
Çünki onların hamısı dönükdür, bədəməldir,+
Səfeh-səfeh danışırlar.
Yenə də Onun qəzəbi soyumur,
Yenə də əlini aşağı salmır.+
18 Yamanlıq od kimi alovlanır,
Kol-kosu yandırıb-yaxır.
Qalın meşəliyi bürüyəcək,
Oradan burum-burum tüstü qalxacaq.
19 Ordular Allahı Yehovanın qəzəbindən
Torpaq od tutub yanır,
İnsanlar alova yem olacaq.
Hətta qardaş qardaşa rəhm etməyəcək.
20 Biri sağda kəsib yeyəcək,
Yenə ac qalacaq,
O biri solda yeyəcək,
Lakin doymayacaq.
Hər biri öz qolunu yeyəcək.
21 Mənəssə Əfraimi,
Əfraim Mənəssəni yeyəcək.
Onlar birlikdə Yəhudanın üstünə gedəcəklər.+
Yenə də Onun qəzəbi soyumur,
Yenə də əlini aşağı salmır.+