Mikə
2 Yatağında fitnə-fəsad quranların,
Yamanlıq üçün qəsd quranların vay halına!
Səhər açılan kimi niyyətlərini icra edirlər,
Çünki güc əllərindədir.+
Kişini aldadıb evini əlindən alırlar,+
Mirasına yiyələnirlər.
3 Buna görə Yehova deyir:
“Bu nəslin başına elə fəlakət gətirəcəyəm ki,+ yaxanızı qurtara bilməyəcəksiniz,+
Daha dikbaş-dikbaş gəzməyəcəksiniz,+ çünki fəlakət vaxtı yetişdi.+
Deyəcəklər: “Bizi soyub-taladılar!+
O, xalqımın payını başqalarına verdi, gör onu əlimizdən necə aldı!+
Tarlalarımızı xainə verir”.
5 Buna görə Yehovanın icmasında bir adam tapılmayacaq ki,
Püşklə bölünmüş torpağı iplə ölçsün.
6 “Vəz etməyin!” deyərək vəz edirlər,
“Bunlar barədə vəz etməyin;
Rüsvayçılıq bizi haqlamaz”.
7 Ey Yaqub evi, eşitmisən camaat deyir:
“Məgər Yehovanın ruhu narazıdır ki?
Heç O, belə şey edər?”
Məgər Mənim sözlərim doğru yolla gedənlərin xeyrinə deyil?
8 Dünən xalqım idiniz, bu gün düşmən kimi əleyhimə qalxdınız.
Siz açıq-aşkar soyğunçuluq edirsiniz:
Döyüşdən dönənlər kimi arxayınlıqla yoldan keçənlərin paltarını, gözəl əşyalarını soyursunuz*.
9 Siz xalqımın qadınlarını isti yuvalarından qovursunuz.
Övladlarını gözəl nemətlərimdən həmişəlik məhrum edirsiniz.
10 Çıxın gedin, artıq bura sizin yurdunuz deyil.
Bu yer murdar olduğundan+ viran qalacaq, ürək ağrıdan bir viranəlik olacaq.+
11 Saxta və boş şeylər dalınca düşüb yalandan:
“Gəl sənə meydən, şərabdan vəz edim”, — deyən kəs,
Bu xalqın xoşladığı vaiz olacaq!+
Ağıldakı qoyun-quzu kimi,
Örüşdəki sürü kimi bir yerə yığacağam.+
Ora səsli-küylü olacaq”.+
13 Onların önündə bir nəfər gedəcək, o keçid açacaq,
Onlar oradan keçəcəklər, qapıdan keçib çıxacaqlar.+
Padşahları öndə gedəcək,
Başda Yehova olacaq».+