Zəbur
Dirijora. Qarun oğullarının məzmuru.+
2 Xalqının təqsirini bağışladın,
Bütün günahlarını əfv etdin.+ (Selah)
3 Sən bütün hiddətini saxladın,
Şiddətli qəzəbini yatırdın.+
4 Ey xilaskarımız Allah, bizi keçmiş günlərimizə qaytar,
Daha bizə acıqlanma.+
5 Bizə sonsuzadək hirslənəcəksən?+
Qəzəbini nəsildən-nəslə uzadacaqsan?
6 Məgər bizi dirçəltməyəcəksən ki,
Xalqın Səndə sevinc tapsın?+
7 Bizə məhəbbətini göstər, ey Yehova,+
Bizə qurtuluş bəxş et.
8 Yehova Allahın sözlərini dinləyəcəyəm,
O, Öz xalqına, sadiq bəndələrinə sülh barədə danışacaq,+
Təki onlar yenə də dikbaş olmasınlar.+
9 Onun ehtişamı ölkəmizdə yaşasın deyə,
Verdiyi qurtuluş Ondan qorxanlara yaxındır.+
10 Məhəbbətlə sədaqət görüşəcək,
Salehliklə sülh öpüşəcək.+
11 Sədaqət yerdən cücərəcək,
Doğruluq göylərdən boylanacaq.+
13 Salehlik Onun önündə gedəcək,+
Addımları üçün cığır açacaq.