Məsəllər
16 Ürəkdəki fikirlər insandan,
Verilən cavab Yehovadan olur.+
3 Hər işini Yehovaya tapşır,+
Onda niyyətin baş tutar.
4 Yehova hər şeyi öz məqsədi üçün qurub,
Hətta pislərin fəlakət günündə məhv olmasını da.+
7 Yehova bəndənin tutduğu yoldan razı qalarsa,
Hətta düşmənini də onunla barışdırar.+
9 İnsan ürəyində özü üçün yol qurar,
Amma addımlarını Yehova yönəldər.+
11 Düz tərəzi ilə çəki Yehovadandır,
Torbadakı çəki daşları Ondandır.+
13 Doğru söhbət padşahlara xoş olar,
Onlar düz danışanı sevərlər.+
15 Padşahın üzünün nuru həyatdır,
Lütfü yağmurlu bahar bulududur.+
16 Hikmət qazanmaq qızıldan qat-qat yaxşıdır!+
Gümüşdənsə dərrakə qazanmaq vacibdir.+
17 Düz adamın yolu pislikdən uzaqdır,
Yoluna fikir verən canını qoruyar.+
19 Sadə olub həlimlərlə oturub-durmaq
Məğrurlarla qənimət bölüşdürməkdən yaxşıdır.+
20 Məsələyə anlayışla yanaşan uğur tapar,
Yehovaya güvənən nə bəxtiyardır!
22 Anlayış öz sahibi üçün həyat çeşməsidir,
Amma axmağı öz axmaqlığı cəzalandırar.
24 Xoş sözlər arı şanıdır,
Cana şirin, sümüklərə məlhəmdir.+
25 Yol var ki, adama düz görünür,
Amma axırı ölümdür.+
26 Zəhmətkeş özü üçün zəhmət çəkər,
Çünki aclıq onu vadar edər.+
29 Qəddar adam qonşusunu tovlayar,
Onu əyri yola çəkər,
30 Fitnə qurub göz vurar,
Pislik edib qımışar.
31 Salehlik yolunda ağaran saçlar
Gözəllik tacıdır.+