Əşiya
38 O vaxt Hizqiyyə xəstələnib ölüm yatağına düşdü.+ Amuz oğlu Əşiya peyğəmbər+ onun yanına gəlib dedi: «Yehova belə deyir: “Ev əhlinə vəsiyyətini elə, çünki sağalmayacaqsan, öləcəksən”».+ 2 Hizqiyyə üzünü divara çevirib Yehovaya dua etdi: 3 «Yehova, yalvarıram, nə olar, yadına sal,+ mən necə önündə sidqi-ürəklə, sədaqətlə yerimişəm,+ Sənə məqbul işlər görmüşəm». Hizqiyyə acı-acı ağladı.
4 Onda Əşiyaya Yehovadan bu söz nazil oldu: 5 «Qayıt, Hizqiyyəyə de ki,+ əcdadın Davudun Allahı Yehova belə deyir: “Duanı eşitdim.+ Göz yaşlarını gördüm.+ Ömrünü on beş il artıracağam.+ 6 Səni də, bu şəhəri də Aşşur padşahının əlindən qurtaracağam, bu şəhəri qoruyacağam.+ 7 Yehova dediyi sözü yerinə yetirəcək. Yehova sənə bu əlaməti verir:+ 8 Mən günəş endikcə Əhəz pilləkəninə* düşən kölgəni on pillə dala aparacağam”».+ Beləcə, kölgə pillələrlə on pillə dala qayıtdı.
9 Yəhuda padşahı Hizqiyyənin xəstələnib sağalandan sonra yazdığı sözlər.
11 Dedim: «Yahı* görməyəcəyəm, daha işıqlı dünyada* Yahı görməyəcəyəm,+
Hər şeyin sona çatdığı yerin sakinləri arasına düşəndə
Daha insan üzü görməyəcəyəm.
12 Yurdum çoban alaçığıtək söküldü,
Əlimdən alındı.+
Toxucu parçanı bükəntək həyatımı bükdüm.
O, məni əriş ipləritək kəsir.
Sən məni sübhdən gün batanadək ölümün ağuşuna atırsan.+
13 Səhərə qədər özümü ovundururam.
O, aslan kimi bütün sümüklərimi qırır.
Sən məni sübhdən gün batanadək ölümün ağuşuna atırsan.+
14 Uzunqanadtək, qaratoyuqtək* çığırıram.+
Göyərçintək inildəyirəm.+
Gözlərim yorğun-yorğun yuxarı baxır:+
“Yehova, yaman dardayam,
Mənə kömək ol!”+
15 Nə deyim?
O, mənə dediyini etdi.
Dərdimin acısından
Qalan illərimi sakit yaşayacağam.
16 Ey Yehova, insanı bunlar* yaşadır.
Ruhum onlarla yaşayır.
Mənə şəfa verərsən, məni yaşadarsan.+
17 Əmin-amanlıq əvəzinə ağrı-acı gördüm.
Mənə olan məhəbbətindən
Məni həlak qəbrindən qorudun.+
Bütün günahlarımı arxana tulladın.+
Qəbrə enənlər sədaqətinə güvənməz.+
19 Dirilər, yalnız dirilər səni təriflər,
Mən bu gün etdiyim kimi.
Ata oğullarına Sənin sədaqətindən bəhs edər.+
20 Ey Yehova, məni qurtar.
21 Sonra Əşiya dedi: «Əncir lavaşanası gətirin və çibanın üstünə qoyun ki, o sağalsın».+ 22 Hizqiyyə soruşmuşdu: «Yehovanın məbədinə gedəcəyimə əlamət nə olacaq?»+