Qanunun təkrarı
30 Bütün bu sözlər, qarşınıza qoyduğum xeyir-dua və lənətlər+ gerçəkləşəndə və Allahınız Yehovanın sizi səpələdiyi+ xalqların arasında bunları yadınıza salanda+ 2 özünüz və övladlarınız bütün qəlbinizlə, bütün varlığınızla+ Allahınız Yehovaya sarı dönüb+ Onun sözünə, bu gün sizə buyurduğum əmrlərə itaət etsəniz, 3 Allahınız Yehova əsir düşənlərinizi geri qaytaracaq.+ Allahınız Yehova rəhm edib+ sizi pərən-pərən saldığı xalqların arasından toplayacaq.+ 4 Hətta dünyanın qurtaracağında da olsanız, Allahınız Yehova sizi yığıb geri qaytaracaq.+ 5 Yehova Allahınız sizi ata-babalarınızın sahib olduğu ölkəyə gətirəcək, ora sizin olacaq. O, sizi ağ günə çıxaracaq, sayınızı ata-babalarınızın sayından da çox edəcək.+ 6 Allahınız Yehova sizin də, övladlarınızın da ürəyini saf edəcək*+ ki, Allahınız Yehovanı bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və sağ qalıb yaşayasınız.+ 7 Allahınız Yehova sizə nifrət edib zülm verən düşmənlərinizi bütün bu lənətlərə düçar edəcək.+
8 Onda siz düz yola gəlib Yehovanın sözünə qulaq asacaq və bu gün sizə çatdırdığım əmrlərinə riayət edəcəksiniz. 9 Allahınız Yehova əlinizin zəhmətinə xeyir-bərəkət verəcək,+ övlad sarıdan bol olacaqsınız. Mal-heyvanınız artımlı, torpağınızın məhsulu zəngin olacaq. Bəli, Yehova ata-babalarınızı firavanlıqda yaşatmaqdan necə zövq alırdısa, sizi də firavanlığa çıxarmaqdan elə zövq alacaq.+ 10 Çünki onda siz Allahınız Yehovanın sözünə qulaq asacaq, bu Qanun kitabında yazılmış əmrlərinə və qanunlarına riayət edəcək, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Yehovaya sarı dönəcəksiniz.+
11 Bu gün sizə verdiyim əmr ağır, yaxud əlçatmaz deyil.+ 12 O, göydə deyil ki, deyəsiniz: “Kim göyə çıxıb onu bizim üçün gətirəcək ki, onu eşidib yerinə yetirək?”+ 13 Yaxud da dənizin o tayında deyil ki, deyəsiniz: “Kim dənizin o tayına gedib onu bizim üçün gətirəcək ki, onu eşidib yerinə yetirək?” 14 Qanunun sözü sizin lap yanınızda, dilinizdə, ürəyinizdədir+ ki, onu yerinə yetirəsiniz.+
15 Budur, bu gün qarşınıza həyatla xoşbəxtlik, ölümlə bədbəxtlik qoyuram.+ 16 Əgər Allahınız Yehovanın bu gün sizə çatdırdığım əmrlərinə qulaq asıb Onu sevsəniz,+ Allahınız Yehovanın yolu ilə getsəniz, əmrlərinə, qanun və hökmlərinə riayət etsəniz, onda yaşayacaq,+ günü-gündən çoxalacaqsınız. Allahınız Yehova tutacağınız ölkədə sizi çoxlu nemət sahibi edəcək.+
17 Amma əgər ürəyiniz Allahdan dönərsə,+ Onun sözünə qulaq asmayıb başqa allahlara səcdə qılar, onlara qulluq edərsinizsə,+ 18 onda bilin və agah olun, hökmən məhv olacaqsınız.+ İordanı keçib tutacağınız diyarda çox yaşamayacaqsınız. 19 Bu gün göyü və yeri sizə qarşı şahid tuturam ki, qarşınıza həyatla ölümü, xeyir-dua ilə lənəti qoydum.+ Həyatı seçin ki, özünüz də, övladlarınız da sağ qalasınız,+ 20 Allahınız Yehovanı sevib,+ sözünə qulaq asıb, Ona bağlanıb yaşayasınız.+ Çünki Yehova sizin həyatınızdır. Ulu babalarınız İbrahimə, İshaqa və Yaquba sizə verməyi and içdiyi diyarda uzun zaman yaşamağınız məhz Ondan asılıdır».+