Timutiyə birinci məktub
2 İlk növbədə tövsiyə edirəm ki, hər cür insandan ötrü yalvarış, dua, xahiş və şükürlər edilsin. 2 Bunu padşahlar və məmurlar üçün də edin+ ki, biz bundan sonra da mömin həyat sürüb ciddiyyətlə, qulağımız dinc, sakit yaşayaq.+ 3 Bu, Xilaskarımız Allahın gözündə yaxşı və məqbuldur.+ 4 O istəyir ki, hər cür insan xilas olub+ həqiqət barəsində dəqiq biliyə yiyələnsin. 5 Allah birdir,+ Allahla insanlar arasında+ vasitəçi də birdir.+ Bu, yer üzündə yaşamış insan, Məsih İsadır.+ 6 O, müvafiq bir fidyə kimi hamıdan ötrü canını verdi.+ Vaxt gələndə bu haqda şəhadət veriləcək. 7 Mən də bu məqsədlə+ müjdəçi və həvari*,+ başqa xalqlara iman və həqiqət haqda öyrədən müəllim təyin edilmişəm.+ Doğru söyləyirəm, sözlərimdə yalan yoxdur.
8 İstəyirəm ki, yığışdığınız hər yerdə kişilər sədaqətlə əllərini qaldırıb dua etsinlər,+ qəzəbdən+ və mübahisələrdən uzaq olsunlar.+ 9 Eynilə qadınlar da özlərini cürbəcür saç düzümü, qızıl, mirvari, yaxud bahalı libaslarla yox, ləyaqətli* geyimlə, abır-həya ilə, ağıl-kamalla bəzəsinlər,+ 10 mömin olduqlarını iddia edən qadınlara yaraşan tərzdə,+ yaxşı işlərlə özlərinə zinət versinlər.
11 Qoy qadın susaraq tam tabeliklə təlim alsın.+ 12 Qadının təlim verməsinə, yaxud kişi üzərində başçılıq etməsinə icazə vermirəm. O susub qulaq asmalıdır.+ 13 Çünki əvvəl Adəm yaradıldı, sonra Həvva.+ 14 Bundan başqa, aldanan da Adəm deyildi, qadın tamamilə aldanaraq Allahın əmrini pozdu.+ 15 Ancaq qadın uşaq doğmaqla qorunacaq,+ bir şərtlə ki, ağıl-kamalla, imanla, məhəbbət və paklıqla yaşasın.+