Ərəmya
30 Ərəmyaya Yehovanın sözü nazil oldu: 2 «İsrailin Allahı Yehova belə deyir: “Sənə dediyim bütün sözləri bir kitaba yaz. 3 Çünki Yehova belə bəyan edir: “Gün gələcək, xalqımdan, İsraillə Yəhudadan əsir gedənləri ata-babalarına verdiyim diyara geri qaytaracağam.+ Onlar yenidən ora sahib olacaqlar”. Yehova belə deyir”».+
4 Yehovanın İsraillə Yəhudaya dediyi sözlər bunlardır.
5 Yehova belə deyir:
«Qorxudan titrəyənlərin səsi gəlir.
Hər yanda dəhşət hökm sürür, dinclikdən əsər-əlamət yoxdur.
6 Soruşun, görün heç kişi doğar?
Bəs nə üçün güclü kişiləri
Doğan qadınlar kimi, qarınlarını tutan görürəm?+
Niyə hamının bənizi solub?
7 Aman! O gün nə dəhşətli gündür.+
Onun kimi gün yoxdur.
O gün Yaqub üçün sıxıntı günüdür.
Lakin o qurtulacaq».
8 Ordular Allahı Yehova bəyan edir: «Həmin gün Mən onların boynundan boyunduruğu sındıracağam, bağlarını qıracağam, bir də yadellilər onları kölə etməyəcəklər. 9 Onlar Allahları Yehovaya və üzərlərinə qoyacağım padşahları Davuda xidmət edəcəklər».+
10 «Sən, ey qulum Yaqub, qorxma, — Yehova bəyan edir.
Dəhşətə gəlmə, ey İsrail.+
Səni uzaq diyardan,
Övladlarını sürgün edildikləri məmləkətdən qurtaracağam.+
Yaqub qayıdacaq, dinc, arxayın yaşayacaq.
Onu hürküdən olmayacaq».+
11 «Çünki Mən səninləyəm, — bəyan edir Yehova, — səni qurtaracağam.
Səni lazımi ölçüdə islah edəcəyəm,
Cəzasız buraxmayacağam».+
12 Yehova belə deyir:
«Sənin zədən sağalmazdır,+
Yarana məlhəm yoxdur.
13 Müdafiənə qalxan yoxdur,
Xorana şəfa yoxdur.
Sənə əlac tapılmır.
14 Aşiqlərin səni unudub.+
Daha səni axtarmırlar.
15 Zədələrinə görə nə nalə çəkirsən?
Ağrın kəsilən deyil!
Günahının böyüklüyünə, təqsirinin çoxluğuna görə+
Bunu sənin başına gətirdim.
Səni qarət edənlər qarət ediləcək,
Səni talan edənlər talan olacaq».+
17 «Amma sənə şəfa verəcəyəm, yaralarını sağaldacağam,+ — bəyan edir Yehova.
Hərçənd ki səni səfil adlandırırdılar,
Sənə “heç kimin itirib-axtarmadığı Sion” deyirdilər”».+
18 Yehova belə deyir:
«Mən Yaqub çadırlarından əsir gedənləri bir yerə toplayacağam,+
Onun çadırlarına yazığım gələcək.
Şəhər yenidən həmin təpənin üstündə qurulacaq,+
Qala əvvəlki yerində ucalacaq.
19 O yerlərdən şükranlar, gülüş səsləri eşidiləcək.+
20 Onun oğulları əvvəlki kimi olacaq.
Xalqı önümdə kök salacaq.+
Ona zülm edənləri cəzalandıracağam.+
21 Öndəri özününkülərdən olacaq,
Rəhbər öz içindən çıxacaq.
Onu Özümə yaxınlaşdıracağam, o da Mənə yaxınlaşacaq.
Axı başqa cür kim cürət edib Mənə yaxınlaşa bilər?» — bəyan edir Yehova.
22 «Siz Mənim xalqım olacaqsınız,+ Mən isə sizin Allahınız».+
23 Budur, Yehovanın qəzəbi fırtınatək qopacaq,+
Pislərin başında şiddətli qasırğatək dövr edəcək.
24 Niyyəti yerinə yetməyincə, həyata keçməyincə,
Yehovanın qızğın qəzəbi səngiməyəcək.+
Zamanın sonunda bunu anlayacaqsınız.+