Zəbur
Dirijora. Qarun oğullarının məzmuru.+
47 Əl çalın, ey xalqlar,
Zəfər nidaları, sevinc sədaları ilə Allahı mədh edin!
3 Ümmətləri bizə tabe edər,
Xalqları ayağımızın altına sərər.+
5 Yehova Allah sevinc sədaları ilə,
Şeypur səsləri ilə yüksəldi.
6 Tərənnüm edin Allahı, nəğmələrdə tərənnüm edin!
Tərənnüm edin Padşahımızı, nəğmələrdə tərənnüm edin!
7 Çünki Allah bütün dünyanın padşahıdır,+
Onu nəğmələrdə tərənnüm edin və ağılla hərəkət edin.
8 Allah xalqlar üzərində padşah oldu,+
Allah müqəddəs taxtında əyləşib.
9 İbrahimin Allahının xalqı ilə
Bir yerə toplaşdı xalqların əsilzadələri.
Çünki yer üzünün hakimləri Allaha məxsusdur.
O, ucalardan ucadır.+