Əşiya
29 «Əryilin*, Davudun ordugah saldığı Əryilin vay halına!+
İli ilə calayın,
İllik bayramlarınızı keçirin.+
2 Amma Mən Əryilə bəla gətirəcəyəm,+
Orada matəm, ağlaşma olacaq,+
O, Mənim üçün qurbangah ocağına çevriləcək.+
3 Sənin ətrafında ordugah quracağam,
Paya çəpər çəkib səni mühasirəyə alacağam,
Mühasirə qurğuları quracağam.+
4 Alçalacaqsan,
Torpağın içindən danışacaqsan,
Ağzının sözləri toza bürünəcək.
6 Ordular Allahı Yehova səni xilas edəcək,
Gurultuyla, zəlzələylə, gur səslə,
Fırtınayla, qasırğayla, yandırıb-yaxan alovla».+
7 Onda Əryillə müharibə edən bütün xalqların izdihamı,+
Bütün onunla vuruşanlar,
Ona qarşı qoyulan mühasirə qüllələri,
Bütün ona zülm edənlər
Yuxuya, bir röyaya dönəcək.
8 Necə ki yuxuda yemək yediyini görən ac adam
Oyananda qarnı ac olur,
Necə ki yuxuda su içdiyini görən susamış adam
Oyananda susuzluqdan yanır, halsız olur,
Sion dağı ilə müharibə edən
Bütün xalqların izdihamı da elə olacaq.+
Onlar sərxoşdurlar, ancaq şərabdan yox.
Onlar səndələyirlər, ancaq içkidən yox.
10 Yehova üzərinizə ağır yuxu töküb,+
O, sizin gözlərinizi qapadı, ey peyğəmbərlər+,
O, sizin başınızı örtdü, ey görücülər+.
11 Sizin üçün hər vəhy möhürlənmiş bir kitabın sözlərinə çevrilir.+ Onu oxumağı bacaran kiməsə verib deyəndə «xahiş edirəm bunu oxu», o deyir «bacarmaram, çünki möhürlüdür». 12 Onu oxumağı bacaran kiməsə verib deyəndə «xahiş edirəm bunu oxu», o deyir «oxumağı bacarmıram».
13 Yehova deyir: «Bu xalq Mənə dildə yaxınlaşır,
Dildə Mənə hörmət edir,+
Ürəkdə isə Məndən uzaqlaşıb.
Onlara təlqin edilən Allah xofu insan əmrlərinə dayanır.+
14 Buna görə Mən bu xalqın başına heyrətli işlər gətirəcəyəm,+
Heyrətli, qəribə işlər.
Müdriklərinin hikməti yox olacaq,
Aqillərin ağlı yoxa çıxacaq».+
15 Niyyətlərini var gücü ilə Yehovadan gizlətməyə çalışanların vay halına!+
İşlərini qaranlıq yerdə görürlər,
Deyirlər: «Kimdir bizi görən?
Kimdir bizi tanıyan?»+
16 Gör necə pozulmusunuz!
Heç gil dulusçuya tay tutular?+
Heç əşya onu düzəldən barədə:
«O, məni düzəltməyib»,+
Məmulat emalçısı haqqında:
«Onun heç nədən başı çıxmır», — deyər?+
20 Artıq zalımlar olmayacaq,
Lovğalar yox olacaq,
Fikri-zikri yamanlıq olanlar məhv olacaq,+
21 O kəslər ki, yalanla başqasını təqsirkar çıxardır,
Şəhər darvazasındakı müdafiəçi* üçün tələ qurur,+
Boş-boş bəhanələrlə salehi ədalətdən məhrum edirlər.+
22 Buna görə İbrahimi qurtaran Yehova+
Yaqub evinə belə deyir:
«Yaqub daha xəcalət çəkməyəcək, üzü daha solmayacaq*.+
23 O, Mənim əlimin işi olan övladlarını+
Ətrafında görəndə
Birlikdə Mənim adımı müqəddəs tutacaqlar,
Bəli, Yaqubun Müqəddəsini müqəddəs tutacaqlar,
İsrailin Allahının qarşısında ehtiramla duracaqlar.+
24 İnadcıl adamlar dərrakəli olacaq,
Gileylənənlər nəsihəti qəbul edəcək».