Lavililər
18 Yehova sözünə davam edib Musaya buyurdu ki, 2 israillilərə belə desin: «Mən sizin Allahınız Yehovayam.+ 3 Nə yaşadığınız Misir torpağındakı, nə də sizi apardığım Kənan diyarındakı əməlləri təkrarlamayın.+ Oradakı qayda-qanunlarla getməyin. 4 Siz Mənim hökmlərimə tabe olmalı, Mənim qanunlarıma riayət etməlisiniz, onlara uyğun yaşamalısınız.+ Mən sizin Allahınız Yehovayam. 5 Qanunlarıma və hökmlərimə riayət edin. Onlara riayət edən onların sayəsində yaşayacaq.+ Mən Yehovayam.
6 Qoy sizlərdən heç kim yaxın qohumuna yaxınlıq etmək* məqsədilə yanaşmasın.+ Mən Yehovayam. 7 Ata ilə və ya ana ilə yaxınlıq etmək olmaz. O, anadır, onunla yaxınlıq etmək olmaz.
8 Atanın arvadı ilə yaxınlıq etmək olmaz.+ Bu, atanın namusuna toxunmaq deməkdir.
9 Bir evdə doğulub-doğulmamasından asılı olmayaraq, istər atabir olsun, istərsə də anabir, bacı ilə yaxınlıq etmək olmaz.+
10 Oğulun qızı və ya qızın qızı ilə yaxınlıq etmək olmaz. Çünki bu, adamın öz namusudur.
11 Atanın başqa arvaddan doğulan qızı ilə yaxınlıq etmək olmaz, çünki o, bacıdır.
12 Bibi ilə yaxınlıq etmək olmaz. O, ata ilə eyni qandandır.+
13 Xala ilə yaxınlıq etmək olmaz. O, ana ilə eyni qandandır.
14 Əminin arvadı ilə yaxınlıq edib, əminin namusuna toxunmaq olmaz. O, əmidostudur.+
15 Gəlinlə yaxınlıq etmək olmaz.+ O, oğulun arvadıdır, onunla yaxınlıq etmək olmaz.
16 Qardaşın arvadı ilə yaxınlıq etmək olmaz.+ Çünki bu, qardaşın namusuna toxunmaq deməkdir.
17 Həm ana ilə, həm də qızı ilə yaxınlıq etmək olmaz.+ Onun oğlunun qızını, yaxud da qızının qızını alıb onunla yaxınlıq etmək olmaz. Onlar onun qan qohumudur. Bu, rəzillikdir.
18 Qadının sağlığında üstünə bacısını alıb onunla yaxınlıq etmək olmaz.+
19 Aybaşı murdarlığı vaxtı qadınla yaxınlıq etmək olmaz.+
20 Başqasının arvadı ilə yaxınlıq etmək olmaz. Özünüzü murdarlamayın.+
21 Heç bir övladınızı Molekə verməyin*.+ Belə edib Allahınızın adına ləkə gətirməyin.+ Mən Yehovayam.
22 Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməməlidir.+ Bu, iyrənc hərəkətdir.
23 Kişi heyvanla əlaqəyə girib özünü murdarlamamalıdır. Qadın da heyvanla əlaqəyə girmək üçün onun önündə durmamalıdır.+ Bu, azğınlıqdır*.
24 Bu əməllərdən hansınısa edib özünüzü murdarlamayın, çünki önünüzdən qovacağım xalqlar məhz bu əməllərlə özlərini murdarlamışlar.+ 25 Buna görə onların torpağı da murdardır. Mən o torpağın sakinlərini günahlarına görə cəzalandıracağam. Torpaqdan dərbədər olacaqlar*.+ 26 Siz isə Mənim qanunlarıma və hökmlərimə riayət etməlisiniz.+ İstər yerli olsun, istərsə də aranızda yaşayan yadelli, heç kim bu iyrənc hərəkətlərdən heç birini etməməlidir.+ 27 Çünki sizdən qabaq o torpaqda yaşayanlar bütün bu iyrənclikləri edirdilər,+ buna görə də həmin torpaq murdar olub. 28 Amma siz torpağı murdarlamasanız, əvvəlki xalqlar kimi dərbədər olmayacaqsınız. 29 Bu iyrənc əməllərdən hər hansı birinə yol verən adam xalqın arasından yox edilməlidir*. 30 Əmrimə tabe olun. Sizdən əvvəl edilən bu iyrənc əməllərdən heç birini etməyin+ və özünüzü murdarlamayın. Mən sizin Allahınız Yehovayam».