Zəbur
Davudun məzmuru.
4 Qoy canıma qəsd edənlər rüsvay olsunlar, alçalsınlar,+
Mənə qarşı pis niyyəti olanlar biabır olub geri çəkilsinlər.
5 Küləyin sovurduğu saman çöpü kimi olsunlar,
Yehovanın mələyi onları qabağına qatıb qovsun.+
6 Qoy yolları sürüşkən olsun, zülmət olsun,
Yehovanın mələyi onları qovanda.
7 Nahaqdan canım üçün çala qazdılar,
Üzərinə tor sərdilər.
9 Qəlbimin sevinci Yehova olacaq,
Könlüm Onun verdiyi qurtuluşa şadlanacaq.
10 Bütün varlığımla deyim:
«Ey Yehova, məzlumu qoluzorlunun əlindən,+
Biçarəni, kasıbı qəsbkardan qurtaran,+
Sənin kimisi varmı?»
12 Canım matəm içindədir,
Yaxşılığımın əvəzində yamanlıq edirlər.+
13 Ancaq onlar xəstələnəndə mən çula bürünərdim,
Oruc tutub canıma qəsd edərdim,
Duam cavabsız qalanda,
14 Sanki, dostum, qardaşımdan ötrü qəmə batardım;
Anasına yas tutan adam kimi kədərdən qəddim bükülərdi.
15 Onlar isə mən axsayanda sevindilər, toplaşdılar,
Toplaşıb birləşdilər, məni xəlvətdən vurmaq üçün.
Məni parçaladılar, mənə hey böhtan atdılar.
16 Allahsızlar məni lağa qoyurlar*.
Mənə diş qıcayırlar.+
17 Ey Yehova, nə vaxtadək durub baxacaqsan?+
18 Onda böyük məclis içrə Sənə həmd edərəm,+
Camaat arasında Səni mədh edərəm.
19 Qoyma nahaqdan mənə düşmən kəsilənlər halıma sevinsin,
21 Məni ittiham etmək üçün ağızlarını geniş açır,
«Aha! Gözümüzlə gördük!» — deyirlər.
22 Ey Yehova, bütün bunları görürsən, susma.+
Yehova, məndən uzaq durma.+
23 Qalx, məni müdafiə et,
Ey Allahım Yehova, məhkəmədə tərəfimi tut.
24 Məni ədalətinlə mühakimə et,+ ey Allahım Yehova,
Qoy onlar halıma sevinməsin.
25 Ürəklərində: «Oxay! Muradımıza çatdıq», — deməsinlər,
«Əcəb onun başını yedik», — söyləməsinlər.+
26 Pis günümə sevinənlərin
Hamısı xəcil, biabır olsun.
Önümdə qürrələnənlər rüsvayçılığa, rəzilliyə bürünsünlər.
27 Qoy salehliyimə sevinib-şadlananlar
Durmadan desinlər:
«Qulunun əmin-amanlığına sevinən Yehovaya eşq olsun!»+