Birinci Yəhya
1 O, əzəldən var idi, biz onu eşitmişik, gözlərimizlə görmüşük, onu müşahidə etmişik və ona əllərimizlə toxunmuşuq. O, həyat kəlamıdır.+ 2 Bəli, həyat açıq-aşkar zühur etdi, biz Atanın yanında olmuş və bizə açıq-aşkar göstərilmiş əbədi həyatı+ gördük. Biz onun haqqında şəhadət edir+ və sizə ondan danışırıq. 3 Görüb-eşitdiyimiz şeyləri sizə çatdırırıq+ ki, siz də bizimlə vəhdətdə* olasınız. Bu vəhdətimiz həm də Ata və Onun Oğlu İsa Məsihlədir.+ 4 Bütün bunları sevincimiz tam olsun deyə, yazırıq.
5 Ondan eşidib sizə bildirdiyimiz xəbər budur: Allah nurdur+ və Onda zərrə qədər də qaranlıq yoxdur. 6 Əgər biz: «Onunla vəhdətdəyik», — deyib qaranlıqda yeriyiriksə, onda yalan danışır və həqiqət yolunda yerimirik.+ 7 O, nurda olduğu kimi, biz də nurda yeriyiriksə, deməli, bir-birimizlə vəhdətdəyik və Onun Oğlu İsanın qanı bizi bütün günahlardan təmizləyir.+
8 Əgər: «Bizdə günah yoxdur», — deyiriksə, onda özümüzü aldadırıq+ və qəlbimizdə həqiqət yoxdur. 9 Əgər günahlarımızı etiraf ediriksə, O, sədaqətli və adil olduğundan günahlarımızı bağışlayacaq və bizi hər cür əyrilikdən təmizləyəcək.+ 10 Əgər: «Günah işləməmişik», — deyiriksə, Onu yalançı edirik və Onun sözü qəlbimizdə yoxdur.