Əşiya
28 Vay halına, ey Əfraim+ əyyaşlarının təkəbbür tacı*,
Ey şərab düşkünlərinin barlı dərəsinin başında olan,
Onun füsunkar gözəlliyinin solan çiçəyi!
2 Budur, Yehova güclü-qüvvətli bir nəfəri göndərəcək.
O, gurultuyla yağan dolu, dağıdıcı qasırğa kimi,
Güclü tufan kimi,
Onu zərblə yerə vuracaq.
3 Əfraim əyyaşlarının təkəbbür tacları
Tapdaq altda qalacaq,+
4 Onun füsunkar gözəlliyinin solan çiçəyi də,
Barlı dərənin başında olan çiçəyi,
Yay gəlməmiş yetişən yelənciri kimi olacaq,
Onu görən dərhal dərib yeyir.
5 O gün ordular Allahı Yehova xalqından sağ qalanlar üçün calal tacı, gözəllik çələngi olacaq.+ 6 O, hakim kürsüsündə oturan üçün ədalət ruhu, hücumu darvaza ağzında dəf edənlər üçün güc mənbəyi olacaq.+
7 Bunlar da şərabın təsirindən yolunu azır,
İçki onları səndələdir.
Kahin də, peyğəmbər də içkidən yolunu azır,
Şərab onların başını dumanlandırır,
Onlar içkidən səndələyirlər.
Aldıqları vəhylər onları azdırır,
Mühakimələrində səbatsızdırlar.+
8 Süfrələri iyrənc qusuntu içindədir,
Bir təmiz yer qalmayıb.
9 Bu adam kimi öyrədir?
Xəbəri kimə anladır?
Təzəcə süddən kəsilmiş,
Döşdən ayrılmış uşağa?
10 «Əmr üstünə əmr, əmr üstünə əmr,
Ölçü ipi+ üstünə ölçü ipi, ölçü ipi üstünə ölçü ipi,
Bir az buradan, bir az oradan».
11 O, bu adamlarla kəkələyən adamlar vasitəsilə, yad dildə danışacaq.+ 12 O, bir dəfə onlara demişdi: «Bura dincəlmə yeridir. Qoy yorğunlar gəlib dincəlsin, bura təravət məkanıdır». Amma onlar eşitmək istəmədi.+ 13 Yehova onlara belə deyəcək:
«Əmr üstünə əmr, əmr üstünə əmr,
Ölçü ipi+ üstünə ölçü ipi, ölçü ipi üstünə ölçü ipi,
Bir az buradan, bir az oradan».
Belə ki, onlar yeriyəndə
Büdrəyib arxası üstə yıxılsınlar,
Əzilsinlər, tələyə düşsünlər, ələ keçsinlər.+
14 İndi Yehovanın sözünü eşidin, ey lovğalar,
Ey bu xalqın Yerusəlimdəki rəhbərləri,
15 Siz deyirsiniz:
Daşqın suları aşıb-daşanda
Bizə çata bilməyəcək,
Çünki yalanı özümüzə sığınacaq etmişik,
Yalanın arxasında gizlənmişik».+
16 Buna görə Külli-İxtiyar Yehova belə deyir:
Ona iman gətirən təlaşa düşməyəcək.+
Yalanlar sığınacağını dolu dağıdacaq,
Pənah yerini sular basacaq.
Daşqın suları daşıb gələndə
Sizi basıb əzəcək.
19 Hər dəfə gələndə
Sizi süpürüb aparacaq.+
Hər səhər gələcək,
Gündüz gələcək, gecə gələcək.
Yalnız vahimə onlara eşitdiklərini anladacaq*».
20 Yataq uzanmaq üçün qısa,
Yorğan bürünmək üçün dardır.
21 Yehova Farisim dağındakı kimi qalxacaq,
Gibyon yanındakı dərədə olduğu kimi coşacaq ki,+
Öz əməlini, xariqəli əməlini,
Öz işini, qeyri-adi işini həyata keçirsin.+
22 Siz lağ etməyin,+
Yoxsa buxovlarınız sıxılacaq.
23 Qulaq verin, səsimi dinləyin,
Diqqətli olun, dediyimi eşidin.
24 Məgər səpin üçün şumlayan bütün günü şumlayır?
Məgər durmadan torpağı əzib malalayır?+
25 Torpağı hamarlayandan sonra
Qara zirə, cirə səpmir?
Buğdanı, darını, arpanı — hərəsini öz yerində əkmir?
Tirələrə pərinc+ əkmir?
26 Beləcə, Allahı onu düzgün yolla tərbiyə edir,
Onu öyrədir.+
27 Qara zirə taxıldöyənlə+,
Cirə vəllə döyülmür.
Bəli, qara zirə dəyənəklə,
Cirə çubuqla döyülür.
28 Heç çörəklik taxılı əzib xırdalayırlar?
Yox, onu fasiləsiz döymürlər.+
Atlara qoşulmuş taxıldöyənlə üstündən keçsələr də,
Onu əzib xırdalamırlar.+