Yəhyaya nazil olmuş vəhy
5 Mən taxtda oturanın+ sağ əlində bir tumar gördüm. Tumar o üz-bu üz yazılı idi və yeddi möhürlə bərk-bərk möhürlənmişdi. 2 Sonra mən güclü bir mələk gördüm. O, gur səslə soruşdu: «Tumarı açmağa, möhürlərini qoparmağa kim layiqdir?» 3 Lakin nə göydə, nə yerdə, nə də yerin altında tumarı açıb ona baxmağa qadir olan bir kimsə tapılmadı. 4 Mən çox ağladım, çünki tumarı açıb ona baxmağa layiq bir kimsə yox idi. 5 Onda ağsaqqallardan biri mənə dedi: «Bəsdir, daha ağlama. Yəhuda qəbiləsindən+ olan Şir, Davudun+ kökü+ qalib gəldi.+ O, tumarı və yeddi möhürü açmağa layiqdir».
6 Mən taxtın, dörd məxluqun və ağsaqqalların arasında+ durmuş bir quzu+ gördüm. Quzu, sanki, öldürülmüşdü.+ Onun yeddi buynuzu və yeddi gözü var idi. Bu gözlər Allahın dünyaya göndərilmiş yeddi ruhunu təmsil edir.+ 7 O, cəld gedib taxtda oturanın+ sağ əlindən tumarı aldı. 8 Tumarı götürəndə dörd məxluq və iyirmi dörd ağsaqqal+ Quzunun qarşısında diz çökdülər. Onların hər biri əlində çəng və buxurla dolu qızıl cam tutmuşdu. Buxur müqəddəslərin dualarını təmsil edir.+ 9 Onlar yeni mahnı oxuyurdular:+ «Sən tumarı götürüb onun möhürlərini açmağa layiqsən, çünki sən öldürüldün və hər tayfaya, hər dilə, xalqa və ümmətə mənsub olan insanları+ öz qanınla Allah üçün satın aldın,+ 10 onları Allahımıza məxsus+ padşah+ və kahin etdin. Onlar yer üzərində padşahlıq edəcəklər».+
11 Mən taxtın, məxluqların və ağsaqqalların ətrafında durmuş çoxlu mələyi gördüm və onların səsini eşitdim. Onların sayı minlərlə minlər, on minlərlə on minlər idi.+ 12 Onlar gur səslə deyirdilər: «Öldürülmüş Quzu+ qüdrət, sərvət, hikmət, güc, şərəf, şöhrət və alqış almağa layiqdir!»+
13 Mən eşitdim ki, bütün göydə, yerdə, yerin altında+ və dənizdə olanlar, hər bir məxluq deyir: «Taxtda oturana+ və Quzuya+ əbədiyyət boyu alqış, şan,+ şərəf, qüdrət məxsus olsun!»+ 14 Dörd məxluq «amin» dedi və ağsaqqallar diz çöküb Allaha səcdə etdilər.