İkinci işmuil
7 Padşah artıq öz evində məskunlaşdı+ və Yehova ona ətrafındakı bütün düşmənlərin əlindən rahatlıq verdi. 2 Onda o, Natan+ peyğəmbərə dedi: «Mən burada sidr ağacından olan+ evdə yaşayıram, Allahın sandığı isə çadırda qalır».+ 3 Natan padşaha dedi: «Ürəyində nə niyyət tutmusan, onu da et. Yehova səninlədir».+
4 Həmin gecə Yehovanın sözü Natana nazil oldu: 5 «Get qulum Davuda söylə ki, Yehova belə deyir: “Sən Mənə ev tikəcəksən ki, orada yaşayım?+ 6 İsraili Misirdən çıxartdığım gündən bəri Mən heç bir evdə qalmamışam.+ Ancaq çadırda+, alaçıqda oraya-buraya köçmüşəm. 7 İsraillə getdiyim bütün bu vaxt ərzində xalqımın üzərində çobanlıq etməyə qoyduğum qəbilə başçılarından hansı birinə bir dəfə də olsun “niyə Mənə sidr ağacından ev tikməmisiniz?” demişəm?” 8 Qulum Davuda söylə ki, ordular Allahı Yehova belə deyir: “Səni sürüləri otardığın otlaqlardan+ götürüb xalqım İsrailin başçısı qoymuşam.+ 9 Hara getsən, səninlə olacağam,+ düşmənlərini önündən yox edəcəyəm,+ sənin adını dünyadakı böyük adamların adı kimi böyük edəcəyəm.+ 10 Xalqım İsrail üçün bir yer təyin edib onu orada məskunlaşdıracağam. Onlar orada yaşayacaq və daha heç vaxt onları narahat edən olmayacaq, keçmişdə olduğu kimi zalımlar daha onları sıxışdırmayacaq.+ 11 Xalqım İsrail üzərində hakimlər qoyduğum+ günlərdən bəri olduğu kimi, bədxahlar daha onlara zülm etməyəcək. Səni bütün düşmənlərin əlindən qurtaracağam.+
Yehova həmçinin sənə demişdi ki, Yehova sənin sülaləni davamlı edəcək.+ 12 Ömrün tamam olub+ əcdadlarına qovuşmaq vaxtın çatanda səndən sonra sənin övladını*, oğlunu ortaya çıxaracağam, onun taxt-tacını bərqərar edəcəyəm.+ 13 Mənim adıma o, ev tikəcək.+ Mən də onun padşah taxtını əbədi bərqərar edəcəyəm.+ 14 Mən ona ata olacağam, o da Mənə oğul olacaq.+ Səhv edəndə onu insan dəyənəyi ilə, bəşər* övladının kötəyi ilə tərbiyə edəcəyəm.+ 15 Sənin qarşından götürdüyüm Talutdan lütfümü kəsdiyim kimi,+ ondan kəsməyəcəyəm. 16 Evin və səltənətin əbədiyyən asayişdə olacaq. Taxtın əbədi duracaq”».+
17 Natan bütün bu sözləri və vəhyi Davuda nəql etdi.+
18 Onda padşah Davud içəri girib Yehovanın önündə oturdu. O dedi: «Ey Külli-İxtiyar Yehova! Mən kiməm, əsil-nəcabətim kimdir ki, məni bu yerə gətirib çıxartmısan?+ 19 Ey Külli-İxtiyar Yehova, hələ üstəlik, quluna onun evinin uzaq gələcəyi barədə danışırsan. Ya Külli-İxtiyar Yehova, bu göstərişin bütün bəşəriyyət üçündür. 20 Bu qulun Davud Sənə nə deyə bilər, Sən ki məni yaxşı tanıyırsan,+ ya Külli-İxtiyar Yehova! 21 Sən bütün bu möhtəşəm işləri sözün xatirinə və ürəyinin niyyətinə görə etmisən, sonra onları quluna açmısan.+ 22 Doğrudan, Sən əzəmətlisən,+ ey Külli-İxtiyar Yehova! Sənin mislin yoxdur,+ Səndən başqa Allah yoxdur.+ Bütün eşitdiklərimiz buna sübutdur. 23 Dünyada xalqın İsrailə bənzər başqa xalq varmı?+ Ey Allah, onları Öz xalqın bilib azad etdin,+ onlardan ötrü əzəmətli, möhtəşəm işlər gördün,+ adını ucaltdın.+ Misirdən azad etdiyin ümmətin uğrunda xalqları, onların allahlarını qovdun. 24 İsraili həmişəlik Özünə xalq etdin.+ Ey Yehova, Özün də onların Allahı oldun.+
25 Ey Yehova Allah! Vəd etdiyin kimi et, qoy bu qulun və onun evi barədə verdiyin vəd həmişə gerçək olsun.+ 26 Qoy adın əbədilik ucalsın!+ Qoy hamı: “Ordular Allahı Yehova İsrailin Allahıdır!” — desin. Qoy qulun Davudun evi Sənin önündə möhkəm dursun.+ 27 Çünki Sən, ey İsrailin Allahı, ey ordular Allahı Yehova, quluna əyan elədin: “Sənin sülaləni bərqərar edəcəyəm”.+ Ona görə qulun Sənə bu duanı etməyə cəsarət tapdı. 28 Ey Külli-İxtiyar Yehova, Sən haqq Allahsan, sözlərin haqdır.+ Sən bu gözəl şeyləri quluna vəd etdin. 29 Qulunun evini mübarək qıl! Qoy o, əbədiyyən Sənin önündə dursun.+ Külli-İxtiyar Yehova, bunu Sən vəd etdin və qoy bu qulunun evi Sənin bəxşişlərinlə əbədi mübarək olsun!»+