Zəbur
Dirijora. Yehovanın qulu Davudun məzmuru. Yehova Davudu bütün düşmənlərinin və Talutun əlindən qurtaranda onun Yehovaya oxuduğu nəğmə.+
18 Səni sevirəm, ey Yehova, qüvvətim Sənsən.+
2 Yehova yalçın qayam, istehkamımdır, mənim nicatımdır.+
3 Yehova tərifə layiqdir, Onu çağırıram,
Düşmənlərimdən qurtularam.+
6 Bu darlıqda Yehovanı çağırdım,
İmdad üçün Allahıma yalvardım.
12 Önündə parlayan şəfəqdən
Dolu və köz çıxıb buludları yardı keçdi
13 Yehova göylərdə gurladı,+
Haqq-Taala səsini ucaldanda+
Dolu və yanar közlər töküldü.
15 Ey Yehova, Sənin məzəmmətindən, burnundan çıxan nəfəsin şiddətindən
Suların dibi göründü,+
Yerin təməlləri aşkar oldu.+
16 O, yüksəklərdən əlini uzadıb məni tutdu,
Dərin sulardan məni çəkib çıxartdı.+
18 Dar günümdə onlar qarşımı kəsmişdi,+
Lakin Yehova mənə dayaq oldu.
19 Məni genişliyə çıxartdı,
Məni xilas etdi, çünki məndən razı idi.+
21 Çünki mən Yehovanın yolunu tutmuşam,
Allahımı xaincəsinə tərk etməmişəm.
22 Onun bütün hökmləri gözümün önündədir,
Qanunlarına hörmətsizlik etmirəm.
24 Yehova salehliyimin,
Önündə günahsız olmağımın əvəzini versin.+
28 Yehova, çırağımı yandıran Sənsən;
Allahım gecəmi gündüz edir.+
31 Məgər Yehovadan başqa Allah var?+
Allahımızdan savayı kim qaya ola bilər?+
33 Ayağımı maral ayağıtək çevik edir,
Məni zirvələrdə saxlayır.+
34 Əlimi döyüşə öyrədir,
Qolum mis kamanı gərir.
36 Addımlarıma yol açırsan,
Ayaqlarım sürüşməz.+
37 Düşmənlərimi qovub yaxalayacağam,
Onları yox etməyincə geri qayıtmayacağam.
38 Onları qıracağam, qalxa bilməyəcəklər,+
Ayağımın altına səriləcəklər.
39 Döyüş üçün belimi qüvvətlə qurşayarsan,
Yağı düşmənimi ayağımın altına sərərsən.+
40 Düşmənlərimi məğlubiyyətə uğradarsan.
Mənə nifrət edənləri yox edərəm*.+
41 İmdad diləsələr də, onları qurtaran yoxdur,
Hətta Yehovaya yalvarırlar, lakin O hay vermir.
42 Onları əzib küləyin sovurduğu toz kimi edəcəyəm,
Küçədəki palçıq kimi onları tullayacağam.
43 Sən məni elin tənəsindən qurtaracaqsan,+
Xalqlara başçı qoyacaqsan,+
Tanımadığım bir xalq mənə qulluq edəcək.+
44 Sorağımı eşidib mənə itaət edəcəklər,
Yadellilər əsə-əsə önümə gələcək.+
45 O yadellilərin rəngi-ruhu qaçacaq,
Gizləndikləri qalalardan əsə-əsə çıxacaqlar.
47 Allah qisasımı alır,+
Xalqları mənə tabe edir.
48 O, məni acıqlı düşmənlərimdən qurtarır.
Sən məni üstümə gələnlərdən üstün edirsən,+
Məni zalımın əlindən alırsan.