Lavililər
12 Sonra Yehova Musaya dedi: 2 «İsrail oğullarına belə söylə: “Hamilə qadın oğlan uşağı doğarsa, onda aybaşı vaxtı olduğu kimi, yeddi gün murdar olacaq.+ 3 Səkkizinci gün uşaq sünnət olunmalıdır.+ 4 Qadın qandan paklanmaq üçün otuz üç gün də gözləməlidir. O, heç bir müqəddəs şeyə toxunmamalı və paklanma müddəti başa çatanacan müqəddəs məkana gəlməməlidir.
5 Əgər o, qız uşağı doğarsa, onda aybaşı vaxtı olduğu kimi, on dörd gün murdar olacaq. Qandan paklanmaq üçün isə altmış altı gün də gözləməlidir. 6 Sonra oğluna və ya qızına görə gözlədiyi paklanma günləri başa çatanda, qadın kahinin yanına, Hüzur çadırının girişinə yandırma qurbanı kimi bir erkək toğlu+ və günah qurbanı kimi bir bala göyərçin, ya da bir qumru quşu gətirməlidir. 7 Kahin onları Yehovanın önündə təqdim edib qadın üçün kəffarə verəcək və qadın qanaxmadan pak olacaq. Oğlan və ya qız uşağı doğan zahı qadın üçün qanun belədir. 8 Qadının qoyuna gücü çatmırsa, onda iki qumru quşu və ya iki bala göyərçin gətirməlidir,+ birini yandırma qurbanı kimi, o birisini günah qurbanı kimi. Kahin onun üçün kəffarə verəcək və qadın pak olacaq”».