Zəbur
Dirijora. Davudun məzmuru.
64 Pərvərdigara, səsimi eşit, Sənə yalvarıram.+
Həyatımı düşmənin hədəsindən qoru.
2 Şər adamın gizli fitnələrindən,+
Bədəməl adamların izdihamından məni hifz et.
3 Onlar dillərini qılınc kimi itiləyir,
Acı sözlərini ox kimi hədəfə tuşlayırlar,
4 Məsumu xəlvət yerdən vurmaq istəyirlər.
Onlar qəfildən vurur, heç qorxmurlar.
5 Pis niyyətlərindən bərk-bərk yapışıblar,
Tələlərini gizlində qoymaq barədə məsləhətləşirlər.
Deyirlər: «Kimdir bunları görən?»+
6 Gündə bir haqsızlıq icad edirlər,
Xəlvətdən məkrli fəndlər qururlar,+
Ürəkdəki düşüncələri sirlidir.
7 Lakin Allah onlara ox atacaq,+
Qəfildən yaralanacaqlar.
8 Öz dilləri onları yıxacaq,+
Baxan başını bulayacaq.