Zəbur
Davudun məzmuru. Öyüd.
38 Ey Yehova, məni qəzəblə tənbeh etmə,
Hiddətlə islah etmə məni.+
2 Oxların içimə sancılıb,
Əlin üzərimdə ağırdır.+
3 Qəzəbindən bütün bədənim ağrıyır,
Günahım ucbatından rahatlığımı itirmişəm.+
4 Təqsirlərim başımdan aşır,+
Sanki, ağır yükdür, daşımaq olmur.
5 Ağılsızlığım ucbatından
Yaralarım irinləyib, iy verir.
6 Kədər məni çulğayıb, qəddim tamam bükülüb,
Bütün günü qəmli-qəmli gəzirəm.
7 İçim od tutub yanır,
Bütün bədənim ağrıyır.+
8 Taqətdən düşdüm, büsbütün əzilmişəm,
Qəlbimin sızıltısından fəğan edirəm.
9 Ey Yehova, arzu-diləyim önündədir,
Ah-zarım Səndən gizli deyil.
10 Ürəyim çırpınır, taqətim kəsilib,
Gözümün nuru sönüb.+
11 Dost-aşna azarımı görüb məndən gen gəzir,
Tanış-biliş uzaqda durur.
12 Canımın qəsdinə duranlar mənə tələ qururlar,
Məni yıxmaq istəyənlər əleyhimə danışırlar,+
Səhərdən axşamadək pıç-pıç edib hiylə qururlar.
14 Qulaqları eşitməyən,
Müdafiə üçün sözü olmayan adam kimi olmuşam.
16 Dedim: «Qoyma bədbəxtliyimə sevinsinlər,
Ayağım sürüşəndə önümdə qürrələnsinlər».
17 Az qala yıxılacaqdım,
İztirabım həmişə mənimlə idi.+
19 Düşmənlərim gümrahdır, güclüdür*,
Nahaqdan mənə nifrət edənlər çoxalıb.
20 Yaxşılığımın əvəzini yamanlıqla qaytardılar,
Yaxşılıq dalınca düşdüyümçün əleyhimə çıxdılar.
21 Yehova, məni tərk etmə,
Uzaq durma məndən, ey Allahım.+
22 İmdadıma tez yetiş,
Ey mənim qurtuluşum, Yehova!+