Birinci Padşahlar
19 Əhəb+ İlyasın elədiklərini, peyğəmbərləri qılıncdan keçirdiyini İzəbilə+ danışdı.+ 2 İzəbil qasid göndərib İlyasa dedi: «Əgər sabah bu vaxt səni onların gününə qoymasam, qoy allahlar mənim cəzamı versin!» 3 İlyas qorxdu. Canını qurtarmaq üçün qaçıb Yəhudanın Biir-Səba+ şəhərinə+ getdi.+ Nökərini orada qoydu, 4 özü isə çöllüklə bir gün yol getdi. O gəlib süpürgə ağacının altında oturdu. Özünə ölüm diləyib dedi: «Daha bəsdir! Yehova, canımı al,+ mən ata-babalarımdan artıq deyiləm».
5 Sonra İlyas uzanıb süpürgə ağacının altında yatdı. Qəfildən bir mələk ona toxunub+ dedi: «Dur yemək ye».+ 6 O baxıb gördü ki, başının yanında qızmar daşların üstündə bir kömbə çörək, bir kuzə də su var. Çörəyi yeyib suyu içdi və yenə yatdı. 7 Yehovanın mələyi ikinci dəfə gəlib ona toxundu və dedi: «Dur yemək ye, çünki səfərin ağır olacaq». 8 O durdu, yedi, içdi. Yediyindən aldığı gücə qırx gün, qırx gecə yol gedib Huribə, Allahın dağına çatdı.+
9 İlyas orada mağaraya+ girib gecələdi. Ona Yehovanın sözü nazil oldu: «İlyas, burada nə edirsən?» 10 O dedi: «Ey ordular Allahı Yehova! Mən Sənin qeyrətini çəkirəm,+ çünki İsrail xalqı Sənin əhdini unudub,+ qurbangahlarını uçurub, peyğəmbərlərini qılıncdan keçirib.+ Təkcə mən qalmışam. İndi də mənim canımı almaq istəyirlər».+ 11 Amma Allah dedi: «Çıx, dağda Yehovanın önündə dur». Yehova oradan keçirdi.+ Şiddətli, güclü külək Yehovanın önündə dağları yarıb qayaları parçalayırdı,+ amma Yehova küləkdə deyildi. Küləkdən sonra zəlzələ oldu,+ amma Yehova zəlzələdə də deyildi. 12 Zəlzələdən sonra alov oldu,+ amma Yehova alovda da deyildi. Alovdan sonra sakit, həzin səs gəldi.+ 13 İlyas səsi eşidən kimi paltarıyla üzünü örtdü+ və çıxıb mağaranın ağzında durdu. Səs ondan soruşdu: «İlyas, burada nə edirsən?» 14 İlyas dedi: «Ey ordular Allahı Yehova! Mən Sənin qeyrətini çəkirəm, çünki İsrail xalqı Sənin əhdini unudub,+ qurbangahlarını uçurub, peyğəmbərlərini qılıncdan keçirib. Təkcə mən qalmışam. İndi də mənim canımı almaq istəyirlər».+
15 Yehova ona dedi: «Geri qayıt, Dəməşq çöllüyünə get. Ora çatanda Həzaili+ məsh edib Arama padşah qoy. 16 Nimşinin nəvəsi Yəhunu məsh edib+ İsrailə padşah qoy. Abil-Məhladan Şafat oğlu Əlyəsəni* isə öz yerinə peyğəmbər olmaq üçün məsh et.+ 17 Həzailin qılıncından qaçanı+ Yəhu öldürəcək,+ Yəhunun qılıncından qurtulanı isə Əlyəsə öldürəcək.+ 18 Mən İsraildə Baal önündə diz çökməyən,+ onu öpməyən+ yeddi min adam saxlamışam».+
19 İlyas oradan gedib Şafat oğlu Əlyəsəni tapdı. O, yer şumlayırdı, önündə on iki cüt öküz vardı, özü isə on ikinci cütün arxasında gedirdi. İlyas onun yanına gedib paltarını+ üstünə atdı. 20 Əlyəsə öküzləri buraxıb İlyasın dalınca qaçdı və dedi: «Qoy gedim ata-anamı öpüm. Sonra sənin dalınca gələrəm». İlyas dedi: «Get. Məgər mən səni saxlayıram?» 21 Əlyəsə geri qayıdıb, bir cüt heyvanı qurban kəsdi. Kotanın taxtalarını yandırıb heyvanların ətini bişirdi. Əti camaata payladı, onlar yedilər. Sonra qalxıb İlyasın dalınca getdi və ona xidmət etməyə başladı.+