Amus
1 Təquh+ qoyunçularından olan Amusun* sözləri. O, Yəhuda padşahı Üziyyənin+ və İsrail padşahı Yuəş+ oğlu Ərubamın+ dövründə, zəlzələdən+ iki il qabaq İsraillə bağlı vəhy almışdı. 2 O demişdi:
«Yehova Siondan nərə çəkəcək,
Yerusəlimdən səsi ucalacaq.
Çobanların otlaqları yasa bürünəcək,
Karmelin zirvəsi quruyacaq».+
3 «Yehova bəyan edir:
“Dəməşq üç kərə, dörd kərə üsyan etdiyi üçün* qolumu geri çəkməyəcəyəm.
Çünki o, Giladı dəmir vəllərlə döydü.+
5 Dəməşqin+ rəzələrini sındıracağam,
Biqət-Avenin əhalisini,
Beyt-Ədənin hökmdarını yox edəcəyəm.
Aram əhli Giraha+ sürgün ediləcək”, — Yehova belə deyir.
6 Yehova bəyan edir:
“Qəzzə+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm.
Çünki o, bütün əsirləri+ Əduma verdi.
7 Mən Qəzzənin+ divarlarına od yağdıracağam.
Alov onun qalalarını yandırıb külə döndərəcək.
8 Aşdodun+ əhalisini,
Aşkelonun+ hökmdarını yox edəcəyəm.
Əlimi Ekrona+ qarşı qaldıracağam.
Filiştlilərdən* sağ qalanlar məhv olacaq”,+ — Külli-İxtiyar Yehova belə deyir.
9 Yehova bəyan edir:
“Sur+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm.
Çünki o, bütün əsirləri Əduma verdi,
Qardaşlıq əhdini unutdu.+
10 Surun divarlarına od yağdıracağam.
Alov onun qalalarını yandırıb külə döndərəcək”.+
11 Yehova bəyan edir:
“Ədum+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm.
Çünki mərhəmətini boğdu,
Qılıncla qardaşının dalınca düşdü.+
O, onu qəzəblə didib-parçalayır,
Hirsi soyumaq bilmir.+
13 Yehova bəyan edir:
“Əmunilər+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm.
Çünki onlar ərazilərini genişləndirmək+ üçün Giladda hamilə qadınların qarnını yırtdılar.
14 Mən döyüş günü nərə səsiylə,
Tufanlı gündə fırtına ilə,
Rabbahın+ divarlarına od yağdıracağam.
Alov onun qalalarını yandırıb külə döndərəcək.
15 Onların padşahı əyanları ilə bərabər əsir aparılacaq”,+ — Yehova belə deyir.