Yuşə
17 Sonra Mənəssə+ qəbiləsi üçün püşk atıldı+, çünki Mənəssə Yusifin ilk oğlu idi.+ Mənəssənin ilk oğlu, Giladın atası Mahir+ döyüşçü olduğuna görə ona Gilad və Başan torpağı verildi.+ 2 Mənəssənin o biri övladlarının — Əbusərin+, Hələkin, Əsriilin, Sihamın, Həfərin, Şəmidin nəsilləri üçün də püşk atıldı. Yusif oğlu Mənəssənin oğulları və onların nəsilləri bu idi.+ 3 Mənəssənin kötücəsi, Mahirin nəticəsi, Giladın nəvəsi, Həfərin oğlu Səlövhədin+ oğlu yox idi, ancaq qızları var idi. Qızlarının adı Məhla, Nuhə, Həclə, Milqə və Tirzə idi. 4 Onlar kahin Əlyazarın+, Nun oğlu Yuşənin və başçıların yanına gəlib dedilər: «Yehova Musaya buyurmuşdu ki, soydaşlarımız arasında bizə də miras verilsin».+ Beləcə, Yehovanın əmrinə müvafiq olaraq, onlara atalarının qardaşları arasında miras verildi.+
5 Mənəssəyə İordanın o biri tayında* olan Gilad və Başan torpağından savayı daha on hissə torpaq düşdü.+ 6 Çünki Mənəssənin oğulları ilə bərabər qızlarına da miras verildi. Gilad torpağı Mənəssənin o biri övladlarının mülkü oldu.
7 Mənəssənin sərhədi Aşirdən Sihamın+ qarşısındakı Mikmətə+ qədər idi. O, cənuba, Eyn-Təffua sakinlərinin yaşadığı yerə enirdi. 8 Təffua+ torpağı Mənəssənin oldu. Mənəssənin sərhədində olan Təffua şəhəri isə Əfraim övladlarına məxsus idi. 9 Sərhəd Kənah vadisinə, vadinin cənubuna enirdi. Mənəssə şəhərləri arasında Əfraimin şəhərləri var idi.+ Mənəssənin sərhədi vadinin şimalından keçib dənizdə bitirdi.+ 10 Əfraim cənubda, Mənəssə şimalda yerləşirdi, dəniz isə sərhəd idi.+ Mənəssə şimalda Aşirlə, şərqdə Yəsakirlə həmsərhəd idi.
11 Yəsakirin və Aşirin ərazisində olan bu şəhərlər əhalisi və ətraf şəhərlərlə birlikdə Mənəssəyə verildi: Beyt-Şəən, Yivlam+, Dor+ və üç dağlı-təpəli bölgə — Eyn-Dor+, Tanaq+, Megiddo.
12 Amma Mənəssə övladları bu şəhərlərə sahib ola bilmədilər, kənanilər orada qalıb yaşadılar.+ 13 İsraillilər qüvvətlənəndə kənaniləri köləliyə saldılar,+ amma torpaqlarını tamamilə ələ keçirmədilər.+
14 Yusif övladları Yuşəyə dedilər: «Niyə bizə bir pay ayırmısan?+ Axı Yehova bizi mübarək qılıb, böyük bir xalq olmuşuq».+ 15 Yuşə onlara cavab verdi: «Madam ki siz çoxsunuz və Əfraim dağlıq bölgəsi+ sizə azlıq edir, onda fərizilərlə+ rəfaların+ məmləkətinə gedin və meşəni qırıb orada məskunlaşın». 16 Yusif övladları dedilər: «Dağlıq bölgə bizə yetmir. Üstəlik, bütün dərə sakinlərinin, həm Beyt-Şəənlə+ ətraf şəhərlərdə, həm də Yizrail dərəsində+ yaşayan kənanilərin dəryazlı cəng arabaları var+». 17 Yuşə Yusif övladlarına, Əfraimə və Mənəssəyə dedi: «Siz böyük və qüdrətli xalqsınız. Sizə bir pay azdır.+ 18 Dağlıq bölgə də sizin olacaq.+ O yer meşəlik olsa da, ağacları qırıb özünüzə orada yer eləyin. Sərhədiniz ora qədər uzanacaq. Kənanilər qüdrətli olsalar da, onların dəryazlı cəng arabaları olsa da, onların torpağını ələ keçirəcəksiniz».+