Əşiya
43 Ey Yaqub, səni yaradan,
Ey İsrail, sənə şəkil verən Yehova belə deyir:+
«Qorxma, çünki səni haqq ödəyib qurtardım,+
Səni adınla çağırdım.
Sən Mənə məxsussan.
2 Suyun içindən keçsən də, səninlə olacağam,+
Çaylardan keçsən də, batmayacaqsan,+
Odun içindən keçsən də, yanmayacaqsan,
Alov səni qarsamayacaq.
3 Axı Mən sənin Allahın Yehovayam,
İsrailin Müqəddəsi, xilaskarınam.
Misiri sənin üçün fidyə verdim,
Həbəşi, Sibanı əvəz olaraq verdim.
5 Qorxma, Mən səninləyəm.+
Övladlarını gündoğandan gətirəcəyəm,
Səni günbatandan toplayacağam.+
6 Şimala deyəcəyəm: “Onları burax!”+
Cənuba deyəcəyəm: “Onları saxlama!
Oğullarımı uzaqlardan, qızlarımı dünyanın ucqarlarından gətir,+
7 Adımla adlanan,+
Şanıma xəlq etdiyim,
Şəkil verib yaratdığım bütün o kəsləri”.+
8 Gözü ola-ola kor olan xalqı,
Qulağı ola-ola kar olan xalqı gətir.+
9 Qoy bütün xalqlar bir yerə yığışsın,
Ümmətlər toplaşsın.+
Onlardan hansı biri bunu deyə bilər?
Hansı biri ilk şeylər* barədə söyləyə bilər?+
Qoy haqlı çıxmaq üçün şahidlər gətirsinlər,
Onlar da dinləyib desin: “Düzdür!”»+
Belə ki, Məni tanıyıb iman edəsiniz,
Mənim həmişə eyni olduğumu dərk edəsiniz.+
Nə Məndən qabaq,
Nə də Məndən sonra Allah mövcud olmayıb!+
11 Mənəm, Mənəm Yehova+, Məndən başqa xilaskar yoxdur!»+
Odur ki, siz Mənim şahidlərimsiniz, — deyir Yehova, — Allah da Mənəm.+
Mən bir iş görəndə, kim mane ola bilər?»+
«Sizin xatirinizə Babilə adam göndərib darvazanın rəzələrini sökəcəyəm,+
Gəmilərdəki kəldanilər dərddən fəryad edəcək.+
16 Yehova, dənizdən yol açan, Gurlayan sularda cığır açan,+
17 Arabanı və atı,+
Ordunu və igid cəngavərləri irəli çıxaran belə deyir:
«Onlar yerə səriləcək, qalxmayacaqlar.+
Yanan piltə kimi üfürüləcək, sönəcəklər».
18 «Əvvəlki şeyləri yada salmayın,
Hey keçmişi düşünməyin.
20 Çöl heyvanları, çaqqallar,
Dəvəquşular Məni şərəfləndirəcək.
21 Bu xalqı Özüm üçün yaratmışam ki,
Şənimə təriflər ucaltsın.+
23 Yandırma qurbanı üçün qoyun gətirmədin,
Qurban gətirib Mənə ehtiram göstərmədin.
Səni bəxşiş gətirməyə məcbur etməmişəm,
Kündür tələb edib səni təngə gətirməmişəm.+
24 Pul verib Mənə ətirli qamış almadın,
Qurbanlarının piyi ilə Məni doyuzdurmadın,+
Əksinə, günahlarınla Məni yüklədin,
Təqsirlərinlə Məni yordun.+
25 Öz xatirimə sənin asiliklərini silən Mənəm, Mən.+
Sənin günahlarını yada salmaram.+
26 Gəl ikimiz də iddiamızı ortaya qoyaq,
Bəraət qazanmaq üçün dəlillər gətir, bir yadıma sal.
28 Buna görə də, müqəddəs məkanın başçılarını rəzil edəcəyəm,
Yaqubu məhvə verəcəyəm,
İsraili təhqir hədəfi edəcəyəm.+