Məsəllər
2 Ağıllı nökər adbatıran oğulun ağası olar,
Qardaşlar arasında miras payı alar.
4 Şər adamın diqqəti ziyankar dillərdədir,
Yalançı fitnəkar dilə qulaq asar.+
6 Nəvələr ahılların tacıdır,
Oğulların da şərəfi atalardır.
11 Pis adam ancaq iğtişaş axtarar,
Onu cəzalandırmağa amansız elçi göndəriləcək.+
12 Balalarını itirmiş ayıya rast gəlmək
Sərsəmləyən axmağa rast gəlməkdən yaxşıdır.+
13 Yaxşılığa yamanlıqla cavab verənin
Evindən pislik əskik olmaz.+
15 Şərə bəraət verən və haqlını məhkum edən,+
Hər ikisi Yehovada ikrah yaradır.
16 Səfehdə hikmət qazanmaq üçün imkan olsa da, nə fayda?
Onun ki başında ağıl yoxdur.+
18 Ağılsız əl sıxıb razılaşar,
Qonşusunun yanında girov boyun olar.+
20 Əyri ürəkli xeyir tapmaz,+
Yalan danışanın evi yıxılar.
21 Axmağın atası dərd çəkər,
Ağılsızın atası şadlıq-sevinc bilməz.+
23 Şər adam ədaləti pozmaq üçün
Qoltuq altından rüşvət götürər.+
25 Axmaq oğul atasına qəm-qüssə gətirər,
Onu dünyaya gətirəni qubarladar.+
26 Saleh insanı cəzalandırmaq yaxşı deyil,
Hörmətli adamı kötəkləmək ədalətə ziddir.
28 Hətta səfeh susanda ağıllı görünər,
Ağzına qıfıl vuran da bəsirətli.