Çıxış
15 Onda Musa ilə israillilər Yehovanı tərənnüm edərək bu nəğməni oxudular:+
«Yehovanın şəninə nəğmə deyirəm, zəfər çalıb yüksəklərə ucaldı.+
Atı da, atlını da dəryada batırdı.+
2 Yah* gücüm, qüvvətimdir. Xilasımdır O, mənim.+
Odur mənim Allahım, Onu tərif edərəm.+ Atamın Allahıdır,+ Onu ucaldaram.+
3 Yehova, yenilməz cəngavər.+ Yehovadır Onun adı.+
4 Fironun cəng arabalarını, qoşununu dənizə atdı.+
Say-seçmə ərlərini Qırmızı dənizin sularına qərq etdi.+
5 Kükrəyən dalğalar onları örtdü, daş təki dərin suların dibinə getdilər.+
6 Ey Yehova, tükənməzdir sağ əlinin qüdrəti.+
Ey Yehova, o sağ əlin lərzə salır yağıların canına.
7 Böyüklüyünlə, əzəmətinlə Sənə qarşı baş qaldıranları yerə vurursan;+
Od püskürən qəzəbin onları kövşəntək yandırıb kül edir.
Bənd olub ümmanların qarşısına sədd çəkdi.
Coşqun sular dənizin bağrında donub qaldı.
9 Düşmən dedi: “İzlərinə düşüb haqlayım!
Qəniməti bölüşdürüb, könlümü şad eyləyim!
Qılıncımı sıyırım, onları qanına qəltan eyləyim!”+
10 Nəfəsini üfürdün, dəniz onları uddu;+
Qurğuşun olub əngin sularda qərq oldular.
11 Allahlar arasında Sənə tay varmı, ey Yehova?+
Kim Sənintək müqəddəsliyin zirvəsində ola bilər?+
Ey xariqələr yaradan, ehtirama, həmdə layiq Allah!+
12 Sağ əlini uzatdın, torpaq onları uddu.+
13 Azad etdiyin xalqa məhəbbətinlə bələdçilik edirsən.+
Qüdrətinlə onları Öz müqəddəs məskəninə aparacaqsan.
14 Eşidəndə xalqlar+ lərzəyə gələcək;
Filişt sakinlərinin amanı kəsiləcək.
15 Ədum şeyxləri təşvişə düşəcək;
Muab hökmdarları tir-tir əsəcək.+
Kənan sakinlərində ürək-göbək qalmayacaq.+
16 Onları qorxu, dəhşət bürüyəcək.+
Ey Yehova, xalqın keçib gedənə qədər,
Seçdiyin xalq+ çıxıb gedənə qədər
Qolunun qüdrətindən quruyub daş kimi hərəkətsiz qalacaqlar.+
17 Ey Yehova, xalqını gətirib mülkün olan dağda,
Özün üçün hazırladığın məskəndə,
Ey Yehova, əllərinlə qurduğun müqəddəs məkanında əkəcəksən.+
18 Yehova əbədiyyət boyunca, sonsuzadək hökmranlıq edəcək.+
19 Fironun atları, cəng arabaları, süvariləri dənizə baş vuranda+
Yehova dənizin sularını onların üstünə aşırdı.+
İsrail xalqı isə dənizin ortasından quru yol ilə keçdi».+
20 Onda Harunun bacısı peyğəmbər Məryəm əlinə qaval aldı, onun ardınca bütün qadınlar da əllərində qaval rəqs edə-edə çıxdılar. 21 Məryəm kişilərə cavab olaraq oxudu:
«Yehovanın şəninə nəğmə deyin, O zəfər çalıb yüksəklərə ucaldı.+
Atı da, atlını da dəryada batırdı».+
22 Sonra Musa Qırmızı dənizin sahilindən yola düşüb İsraili Şur səhrasına gətirdi. Onlar səhra ilə üç gün yol getdilər, amma su tapa bilmədilər. 23 Gəlib Maraha çatdılar,+ amma oranın suyu acı olduğundan içə bilmədilər. Buna görə də həmin yerin adını Marah* qoydular. 24 Onda xalq: «İndi biz nə içək?» — deyə Musadan giley-güzar etməyə başladı.+ 25 O, Yehovaya yalvardı+ və Yehova ona balaca bir ağac göstərdi. Musa onu suya atdı, su şirinləşdi.
Orada Allah onlara qanun və fərman verdi və onları sınadı.+ 26 O dedi: «Əgər sözümə diqqət kəsilsəniz, Mənə məqbul işlər görsəniz, əmrlərimə qulaq assanız və cəmi qanunlarıma tabe olsanız,+ onda Mən, Allahınız Yehova sizi misirlilərə göndərdiyim azarların heç birinə düçar etməyəcəyəm.+ Çünki Mən, Yehova sizə şəfa verən Allaham».+
27 Bundan sonra onlar Elimə gəldilər. Orada on iki bulaq və yetmiş xurma ağacı var idi. Onlar həmin yerdə suyun yanında düşərgə saldılar.