Məsəllər
8 Məgər hikmət çağırmır?
Məgər bəsirət hayqırmır?+
2 Hündür yerlərdə,+ yolların kənarında,
Yolayrıcılarında durur.
3 Şəhər darvazaları yanında, Qapı girişlərində ucadan səslənir:+
4 «Ey insanlar, sizinləyəm,
Ey bəşər övladları, sizə xitab edirəm.
5 Siz, ey cahillər, uzaqgörən olun,+
Ey səfehlər, müdrik ürək qazanın.
6 Dinləyin, mühüm şeyləri nəql edirəm,
Ağzımdan doğru sözlər çıxır.
7 Dilim həqiqəti pəsdən söylər,
Dodaqlarım şərdən ikrah eylər.
8 Ağzımdan çıxan sözlər doğrudur,
Əyri, saxta sözlər danışmaram.
9 Sözlərim arifə aydındır,
Elm sahibləri üçün həqiqətdir.
10 Gümüşü yox, tərbiyəmi seçin,
Saf qızıldansa elmi qəbul edin.+
11 Hikmət mərcandan üstündür,
Ürəyin arzuladığı heç bir şey ona tay ola bilməz.
12 Mən hikmətəm, uzaqgörənlik məndə məskən salıb,
Elm də, düşüncə də məndədir.+
13 Yehovadan qorxmaq şərə nifrət etməkdir.+
Təkəbbürə, qürura,+ şər işə, hiyləgər dilə nifrət edirəm.+
15 Hökmdarlar mənim sayəmdə hökmranlıq edir,
Əyanlar ədalətli fərmanlar verir.+
16 Başçıların hakimiyyət dirəyi mənəm,
Əsilzadələr sayəmdə adil hökmlər çıxarır.
17 Məni sevənləri sevirəm.
Axtaranlar məni mütləq tapacaq.+
18 Sərvət və şərəf,
Tükənməz xəzinə və salehlik mənimlədir.
19 Mənim barım qızıldan, xalis qızıldan üstündür,
Bəhrəm əla gümüşdən yaxşıdır.+
20 Salehlik yolunda yeriyirəm,
Haqq-ədalət rizlərinin ortasında gedirəm.
21 Məni sevənlərə zəngin miras verirəm,
Onların anbarlarını doldururam.
23 Ta bineyi-qədimdən, lap əzəldən,
Dünya yaranmazdan qabaq yerimi tutmuşam.+
24 Mən peyda olanda hələ əngin sular yox idi,+
Çağlayan bulaqlar mövcud deyildi.
25 Dağlar ucalmazdan,
Təpələr var olmazdan əvvəl mən təvəllüd tapmışam.
26 O hələ yeri, onun düzlərini,
Yerin ilkin daş-kəsəyini yaratmamışdı.
27 O, göyləri hazırlayanda+ mən orada idim.
Üfüqü suların üzərinə çəkəndə,+
28 Buludları yuxarıda yerləşdirəndə,
Dərinliklərin qaynaqlarını bina edəndə,
29 Suları əmrindən çıxmasın deyə dənizə fərman verəndə,+
Yerin təməllərini qoyanda mən var idim.
31 Onun xəlq etdiyi aləmə görə fərəhlənirdim,
Bəşər övladları könlümün sevinci idi.
32 Oğullarım, indi məni dinləyin.
Mənim yollarımla gedən bəxtiyardır!
33 Tərbiyəyə qulaq asın,+ ağıllı olun.
Onu heç vaxt qulaqardına vurmayın.
34 Xoşbəxt o kəsdir ki, mənə qulaq asır,
Hər gün sübhdən qapıma gəlir,
Kandarımda gözləyir.
35 Çünki məni tapan həyat tapar,+
Yehova ondan razı qalar.
36 Məni saya salmayan özünə pislik edir,
Mənə nifrət edən ölümü sevir».+