Korinflilərə birinci məktub
5 Mənə xəbər çatıb ki, sizdə əxlaqsızlığa*+ yol verilir, özü də elə bir əxlaqsızlığa ki, beləsi heç imansızların arasında da yoxdur. Aranızdan bir nəfər atasının arvadı ilə yaşayır.+ 2 Siz isə xəcalət çəkmək+ və belə iş görəni aranızdan kənar etmək əvəzinə hələ bir durub öyünürsünüz?+ 3 Mən yanınızda olmasam da, ürəyim sizinlədir və yanınızdayammış kimi bu işi görən adama artıq hökm kəsmişəm. 4 Siz Ağamız İsanın adı ilə bir yerə yığışanda mənim ruhən və Ağamız İsanın gücü ilə aranızda olduğumu bilərək 5 həmin adamı Şeytana təslim edin+ ki, cismani təsir məhv edilsin* və Ağanın günündə yığıncağın ruhu qorunub saxlanılsın.+
6 Öyünməyiniz yaxşı deyil. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır?+ 7 Yeni xəmir olmaq üçün köhnə mayadan təmizlənin. Axı Pasxa quzumuz Məsih+ artıq qurban verildiyi üçün siz mayasızsınız.+ 8 Buna görə də gəlin köhnə maya, yaxud pislik və yamanlıq mayası ilə yox, mayasız səmimiyyət və həqiqət çörəkləri ilə bayram edək.+
9 Mən sizə yazmışdım ki, daha əxlaqsızlarla oturub-durmayasınız. 10 Mən dünyadakı+ bütün əxlaqsızları, yaxud acgözləri, soyğunçuları və ya bütpərəstləri nəzərdə tutmurdum, yoxsa dünyadan çıxıb-getməli olardınız.+ 11 İndi isə sizə yazıram ki, özünü qardaş adlandırıb əxlaqsızlıq edən, acgöz,+ bütpərəst, içki düşkünü olan,+ təhqiramiz danışan və ya soyğunçuluq edənlə+ daha oturub-durmayasınız*,+ beləsi ilə hətta bir süfrəyə də əyləşməyəsiniz. 12 Yığıncaqdan kənarda olanları mühakimə etmək mənim işim deyil. Siz yığıncaqdakıları mühakimə edin, 13 kənar adamları isə Allah mühakimə edir.+ Beləliklə, «pis adamı aranızdan yox edin».+