Əyyub
29 Əyyub sözünə davam etdi:
2 «Kaş ötən çağlarıma qayıda biləydim,
Allahın məni hifz etdiyi günlərə.
3 O vaxtlar çırağı başımın üstündə işıq saçardı,
Onun nuru ilə qaranlığı yarıb-keçərdim.+
4 Həyatımın coşqun çağlarını yaşayırdım,
Çadırımda Allahın dostluğunu duyurdum,+
5 Qüdrət Sahibi hələ mənimlə idi,
Balalarım* ətrafımda idi.
6 O vaxtlar ayaqlarım qaymaq içində idi,
Qayalardan mənə yağ süzülürdü.+
7 Şəhər darvazasına çıxardım,+
Meydanda əyləşərdim.+
8 Cavanlar məni görəndə yol verərdi,
Hətta yaşlılar ayağa durub dayanardı,+
9 Başçılar susub danışmazdı,
Əlləri ilə ağzını yumardı.
10 Bəylər dilini udardı,
Səsləri çıxmazdı.
11 Söhbətimi eşidənlər barəmdə xoş sözlər deyərdi,
Məni görənlər xeyrimə danışardı.
14 Mən salehliyi geyinirdim,
Ədalətim mənə əba kimi, çalma kimi idi.
17 Günahkarın əngini əzərdim,+
Ovunu dişindən dartıb alardım.
18 Deyərdim: “Günlərim qum qədər olacaq,
Son nəfəsimi ocağımda verəcəyəm,+
19 Köklərim sulara gedib-çıxacaq,
Budaqlarımda şeh gecələyəcək.
20 Şöhrətim solmayacaq,
Əlimdə kamanım dönə-dönə atacaq”.
21 İnsanlar məni intizarla dinləyərdi,
Susub məsləhətimi gözləyərdi.+
22 Sözümün üstündən deməyə söz tapmazdılar,
Sözüm onların qulağına xoş gələrdi.
23 Yağışı gözləyəntək məni gözləyərdilər,
Sözlərimi bahar yağışıtək içərdilər.+
24 Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar,
Üzümün nuru onlara arxayınlıq verərdi*.