Əyyub
35 Sonra Əlihu dedi:
2 «Yəni sən haqlı olduğuna o qədər əminsən ki,
“Mən Allahdan haqlıyam”,+ — deyirsən?
3 “Sənin üçün nə fərqi?*
Günah etsəydim, guya nəsə dəyişəcəkdi?”+ — deyirsən.
4 Sənə də, yanındakı yoldaşlarına+ da
Mən cavab verəcəyəm.
6 Günah etsən, Ona nə ziyanın olar?+
Təqsirlərini çoxaltsan, Ona nə etmiş olarsan?+
7 Yaxud saleh olsan, Ona nə vermiş olarsan?
O, səndən nə alar?+
8 Pisliyin ancaq özün kimi bir bəndəyə zərər vurar,
Salehliyindən də bəşər oğlu xeyir görər.
9 İnsanlar zülm əlindən nalə çəkir,
Qoluzorlunun ağalığından dad edirlər.+
13 Allah boş çağırışı* əsla dinləməz,+
Qüdrət Sahibi ona nəzər salmaz,
14 O ki qalmışdı Onu görmədiyindən şikayətlənməyinə!+
Sənin işin Onun önündədir, səbir elə, gözlə.+
15 Çünki O, hirslə haqq-hesab çəkməyib,
Sənin bu boyda ağılsızlığına da fikir verməyib.+
16 Əyyub isə ağzını boş-boşuna açır,
Hey avam-avam danışır».+