Əyyub
42 Onda Əyyub Yehovaya dedi:
2 «İndi bildim ki, Sən hər şeyə qadirsən,
Qət etdiyin elə bir şey yoxdur ki, gerçəkləşdirə bilməyəsən.+
3 Sən dedin: “Kimdir bu, avam-avam danışıb, niyyətimin üstünə kölgə salan?”+
Mən nadan-nadan danışdım,
Bilmədiyim, heyrətamiz şeylərdən bəhs etdim.+
4 Dedin: “İndi qulaq as, Mən danışacağam,
Mən soruşacağam, sən də Mənə de”.+
5 Qulağım Sənin sorağını almışdı,
İndi isə Səni gözüm görür.
7 Yehova Əyyubla danışıb qurtardı. Sonra Yehova təhmani Əlifəzə dedi:
«Sənə və sənin iki yoldaşına+ bərk qəzəblənmişəm. Çünki siz qulum Əyyubdan fərqli olaraq, Mənim barəmdə həqiqəti danışmadınız.+ 8 İndi yeddi buğa, yeddi qoç götürüb qulum Əyyubun yanına gedin və özünüzdən ötrü yandırma qurbanı təqdim edin. Qulum Əyyub da sizdən ötrü dua edəcək.+ Mən onun xahişini qəbul edəcəyəm və axmaqlıq etdiyinizə görə, qulum Əyyubdan fərqli olaraq, Mənim barəmdə həqiqəti danışmadığınıza görə sizə cəza verməyəcəyəm».
9 Təhmani Əlifəz, şuhi Bildad və nəhmati Söfər gedib Yehovanın dediklərini yerinə yetirdilər. Yehova da Əyyubun duasını qəbul etdi.
10 Əyyub yoldaşlarından ötrü dua etdikdən+ sonra Yehova onu əzabdan qurtardı+ və ona əvvəlki firavanlığını qaytardı. Yehova onun var-dövlətini əvvəlkindən ikiqat artırdı.+ 11 Əyyubun bütün bacı-qardaşları, keçmiş dostları+ yanına gəlib süfrəsində əyləşdilər. Onlar onun dərdinə şərik olub, Yehovanın izni ilə Əyyubun başına gəlmiş bəlalardan ötrü ona təsəlli verdilər. Onların hər biri Əyyuba bir parça gümüş və qızıl üzük bəxş etdi.
12 Beləcə, Yehova Əyyuba ömrünün sonrakı illərində əvvəlkindən çox xeyir-bərəkət verdi.+ Onun on dörd min qoyunu, altı min dəvəsi, min cüt mal-qarası və min dişi eşşəyi oldu.+ 13 Əyyubun yenidən yeddi oğlu və üç qızı oldu.+ 14 O, birinci qızına Yəmimə, ikincisinə Qəziyə, üçüncüsünə isə Qərənhəffiq adı qoydu. 15 Bütün məmləkətdə Əyyubun qızlarına gözəllikdə tay yox idi. Ataları onlara da qardaşları ilə bərabər miras verdi.
16 Bundan sonra Əyyub yüz qırx il yaşadı və dörd nəslə qədər nəvə-nəticə gördü. 17 Əyyub uzun ömür sürdü və həyatdan məmnun halda vəfat etdi.