Əyyub
40 Sonra Yehova Əyyuba dedi:
2 «İnsan Qüdrət Sahibində nöqsan tapa bilərmi?
Onunla mübahisə edə bilərmi?+
Qoy Allahı qınayan buna cavab versin».+
3 Onda Əyyub Yehovaya dedi:
4 «Mən heçəm.+
Sənə nə cavab verim?
Əlimi ağzımın üstünə qoyuram.+
5 Bir kərə danışdım, daha cavabım yox,
İki kərə danışdım, daha sözüm yoxdur».
6 Yehova qasırğanın içindən+ Əyyuba dedi:
7 «Dur, kişi kimi belini qurşa,
Mən soruşacağam, sən də Mənə de.+
8 Sən ədalətimə şəkk edəcəksən?
Özünə haqq qazandırmaq üçün Məni ittiham edəcəksən?+
9 Məgər sənin qolun Allahın qolu kimi güclüdür?+
Yoxsa səsin Onun səsi kimi gurlaya bilər?+
10 Buyur, şan-şərafətlə özünü bəzə,
Əzəmətə, calala bürün.
11 Qəzəbinin alovunu püskürt,
Qürurlu adamlara bax, onları aşağı sal.
12 Qürurlu adamlara bax, onların qürurunu sındır,
Pisləri yerindəcə tapdala.
13 Onların hamısını torpağa basdır,
Onları zülmət yerdə bağla.
14 Onda Mən də qəbul edərəm* ki,
Sağ əlin səni qurtarmağa qabildir.
15 Bax, səni yaratdığım kimi, behemotu* da Mən yaratmışam,
O, öküztək yaşıl ot yeyir.
16 Sən onun sağrısında gücə,
Qarın əzələlərindəki qüvvətə bax!
17 Quyruğunu sidr ağacıtək bərk edir.
Bud əzələləri bir-birinə hörülüb.
18 Onun sümükləri mis boru,
Ayaqları döymə dəmir çubuqdur.
19 Allahın yaratdıqlarının başında durur,
Təkcə yaradanı xəncərilə ona yaxınlaşa bilər.
20 Dağlar barını ona verir,
Orada bütün çöl heyvanları oynaşır.
21 İnnab ağaclarının altında uzanır,
Bataqlıqda, qamışların arasında gizlənir.
22 İnnab ağacları onun üstünə kölgə salır,
Dərədəki qovaq ağacları onu dövrəyə alır.
23 Çay kükrəsə də, qorxmaz,
İordan çayı+ daşıb üstünə gəlsə də, özünə arxayındır.
24 Gözləri açıq ikən kim onu tuta bilər?
Kim qarmaqla onun burnunu deşə bilər?