Zəbur
Dirijora. Məzmur.
66 Ey dünya, şaqraq səslə Allaha nida et!+
2 Onun şanlı adına nəğmələr oxu,
Ona möhtəşəm təriflər söylə!+
3 Allaha deyin: «İşlərin necə vahiməlidir!+
Qüdrətinin əzəmətindən düşmənlər önündə yerə döşənəcək.+
4 Bütün dünya qarşında baş əyəcək,+
Səni nəğmələrdə tərənnüm edəcək,
Adını nəğmələrdə vəsf edəcək!»+ (Selah)
5 Gəlin, ey insanlar, Allahın işlərinə baxın!
O, bəşər oğulları uğrunda necə də möhtəşəm işlər görür!+
Orada O, bizi sevindirdi.+
Qoy dikbaşlar özünü öyməsin.+ (Selah)
8 Ey xalqlar, Allahımıza alqış edin,+
Qoy Ona dediyiniz alqışların sədası gəlsin.
10 Bizi sınadın, ey Allah,+
Gümüştək saflaşdırdın.
11 Bizi ovçu toruna saldın,
Kürəyimizə ağır yük qoydun.
12 Fani insanı üstümüzdən keçirtdin,
Oddan, sudan keçdik,
Sonra bizə dinclik verdin.
14 O nəzirləri ki dilim deyib,+
Dar günümdə ağzımdan çıxıb.
15 Bəslənmiş heyvanlardan Sənə yandırma qurbanı verərəm,
Gətirdiyim qoç qurbanlarının tüstüsü
dərgahına qalxar,
Buğalar, təkələr təqdim edərəm. (Selah)
16 Ey Allahdan qorxanlar, gəlin, dinləyin,
Mənim üçün nələr etdiyini sizə danışım.+
17 Ağzımı açıb Onu çağırdım,
Dilim Ona alqış dedi.
18 Ürəyimdən pislik keçsəydi,
Yehova məni eşitməzdi.+
20 Allaha şükürlər olsun, duamı rədd etmədi,
Məhəbbətini məndən əsirgəmədi.