Birinci Padşahlar
4 Süleyman bütün İsrailin üzərində padşah oldu.+ 2 Onun əyanları bunlar idi: kahin — Sadıq+ oğlu Əzriya; 3 katiblər+ — Şişa oğlu Əlxurif və Əxiyyə; salnaməçi — Əxilud oğlu Yəhuşafat+; 4 ordu başçısı — Yəhyaday oğlu Bənayi+; kahinlər — Sadıq və Əbyatar+; 5 baş vali — Natan+ oğlu Əzriya; kahin — Natan oğlu Zəbud. O, həm də padşahın dostu idi.+ 6 Əxşər eşikağası, Əbda oğlu Əduniram+ isə mükəlləfiyyətlilər üzərində nəzarətçi idi.+
7 Süleymanın bütün İsraildə on iki valisi var idi. Onlar padşahı və ev əhlini ərzaqla təmin edirdi. Hər birinə ildə bir ay ərzaq göndərmək növbəsi düşürdü.+ 8 Valilər bunlar idi: Əfraim dağlıq bölgəsində Xur oğlu; 9 Maqasda, Şalbimdə+, Beyt-Şəmsdə və İlun-Beyt-Hənanda Dəqər oğlu; 10 Arbutda Həsəd oğlu (Soqo və bütün Həfər də onun nəzarətində idi); 11 bütün Dor yamaclarında Əbunədəb oğlu (Süleymanın qızı Tavat onun arvadı idi); 12 Tanaqda, Megiddoda+ və Yizraildən aşağıda, Sərfanla qonşuluqda yerləşən bütün Beyt-Şəəndə+, Beyt-Şəəndən Abil-Məhlaya və Yuğmim+ bölgəsinədək ərazidə Əxilud oğlu Bəənna; 13 Ramut-Giladda+ Qəbər oğlu (Mənəssə oğlu Yairin+ Giladdakı+ bütün çadır kəndləri, Başandakı+ Arqub bölgəsi+: qala divarlı, mis rəzəli altmış böyük şəhər onun nəzarəti altında idi); 14 Mahanayimdə+ İddu oğlu Əxinədab; 15 Niftalıda Əximas (o, Süleymanın o biri qızı Bəsməni almışdı); 16 Aşirdə və Bilusda Xuşay oğlu Bəənna; 17 Yəsakirdə Fəruh oğlu Yəhuşafat; 18 Binyamində+ İla oğlu Şimay+; 19 Giladda+, amorilərin padşahı Sihunun+ və Başan padşahı Oqun+ ölkəsində Ur oğlu Qəbər. Ölkədəki bu valilərin üzərində baş vali dururdu.
20 Yəhudalılarla israillilər dəniz qumu qədər çox idilər.+ Onlar yeyib-içir, firavan yaşayırdılar.+
21 Süleyman çaydan* filiştlilərin* ölkəsinə və Misirin sərhədinədək olan bütün padşahlıqlar üzərində hakimiyyət sürürdü.+ Onlar Süleymanın ömrü boyu ona xərac verib qulluq etdilər.+
22 Süleymanın gündəlik azuqəsini 30 kor narın un və 60 kor un*, 23 10 baş kök qaramal, otlaqdan 20 baş qaramal, 100 baş qoyun, həmçinin marallar, ceyranlar, cüyürlər, kök quqqu quşları təşkil edirdi. 24 Tifsahdan Qəzzəyə+ qədər çayın bu tayındakı* hər şey, eləcə də bütün padşahlar onun tabeliyində idi.+ Hər yerdə, onun bütün bölgələrində əmin-amanlıq hökm sürürdü.+ 25 Süleymanın bütün ömrü boyu Dandan Biir-Səbaya qədər Yəhuda və İsraildə hər kəs öz meynəsinin, əncir ağacının altında dinclik içində yaşayırdı.
26 Süleymanın 12 000 atı* və cəng arabalarının atları üçün 4000* at tövləsi var idi.+
27 Bu valilər Süleyman padşahı və onun süfrəsində oturanları ərzaqla təmin edirdilər. Hər birinə bir ay növbə düşürdü. Onlar nəzarət edirdilər ki, heç bir şey əskik olmasın.+ 28 Həmçinin onların hər biri qoşqu və minik atları üçün lazım olan yerlərə üzərlərinə düşən miqdarda arpa-saman göndərirdilər.
29 Allah Süleymana hədsiz hikmət və bəsirət, ürəyinə sonsuz dərrakə verdi.+ 30 Süleymanın hikməti şərq xalqlarının, misirlilərin hikmətindən üstün idi.+ 31 O, hər kəsdən, əzrahlı İtandan+, Himandan+, Kəlküldən+, Dardadan, Məhul oğullarından hikmətli idi. Onun şöhrəti bütün xalqlara yayılmışdı.+ 32 O, üç min məsəl,+ min beş nəğmə+ qoşmuşdu. 33 O, Livandakı sidr ağacından tutmuş divarda bitən qaraqınığa+ qədər bütün bitkilərdən, həmçinin heyvanlardan+, quşlardan+, sürünənlərdən+, balıqlardan bəhs edirdi. 34 Süleymanın hikmətini eşitmək üçün bütün xalqlardan adamlar, eləcə də dünyanın bütün guşələrindən onun hikməti barədə eşitmiş padşahlar gəlirdi.+