Məsəllər
6 Oğlum, başqasından ötrü girov boyun olmusansa,+
Yadla əl sıxıb razılığa gəlmisənsə,+
2 Vəd edərək tələyə düşmüsənsə,
Dilindən çıxan söz səni tora salıbsa,+
3 Canını qurtar, oğlum.
Çünki onun pəncəsinə keçmisən.
Belə et: get onun ayağına düş, yalvar, yaxar.+
4 Gözünə yuxu vermə,
Göz qapaqların yumulmasın.
5 Ovçudan qaçan ceyran kimi qaç qurtul,
Səyyadın əlindən çıxan quştək canını qurtar.
6 Ey tənbəl, get qarışqaya bax.+
Onu müşahidə elə, hikmət qazan.
7 Onun nə ağası, nə başçısı, nə hökmdarı var.
8 Azuqəsini yayda tədarük edər,+
Yemini biçin mövsümündə yığar.
9 Ay tənbəl, nə vaxtadək yatacaqsan?
Haçan yuxudan duracaqsan?
10 Bir az da yatsan, bir az da mürgüləsən,
Bir az da əl-qolunu sallayıb otursan,+
11 Yoxsulluq quldur kimi başının üstünü kəsəcək,
Ehtiyac soyğunçu kimi üstünə cumacaq.+
12 Yaramaz, bədəməl adam dilində saxta sözlər gəzər.+
13 Göz vurar,+ ayaqları ilə işarə edər, barmaqları ilə göstərər.
15 Ona görə də sonu qəfil gələr,
Bir an içində yıxılıb naəlac qalar.+
16 Altı şey var ki, Yehovanın zəhləsi gedir,
Yeddi şeydən ikrah edir:
17 Təkəbbürlə baxan gözlər,+ yalan danışan dil,+ günahsız qan tökən əllər,+
18 Fitnə quran ürək,+ şər üçün tələsən ayaq,
19 Nəfəsi yalanla gedib-gələn şahid,+
Qardaşlar arasına nifaq salan kəs.+
20 Oğlum, atanın əmrini yerinə yetir,
Ananın nəsihətindən çıxma.+
21 Onları həmişəlik ürəyinə həkk et.
Boynuna dola.
Tərbiyə və məzəmmət həyata aparan yoldur.+
25 Onun gözəlliyinə aşiq olma,+
Qoyma şəhvətli baxışları səni əsir alsın.
26 Fahişənin ucbatından adam əlində yavan çörək qalar,+
Özgə arvadı əziz canı ovlamağa çıxar.
27 Adam qoynuna od götürsə, məgər paltarı yanmaz?+
28 Köz üstündə gəzənin ayaqları bişməz?
29 Başqasının arvadı ilə yaxınlıq edənin də halı belə olar.
Ona toxunan cəzasız qalmaz.+
30 Ac adam qarnını doydurmaq üçün oğurlarsa,
Kimsə onu qınamaz.
31 Ancaq ələ keçsə, yeddi qatını ödəyər,
Evinin var-yoxunu verər.+
34 Çünki qısqanclıq qadının ərini coşdurar,
Qisası amansız olar.+
35 Bundan ötrü nə versən də yumşalmaz*,
Heç bir hədiyyə ilə hirsi soyumaz.