Məsəllər
23 Padşahla bir süfrəyə əyləşəndə
Qabağına yaxşı-yaxşı bax.
2 İştahan böyük olsa da,
Boğazına bıçaq qoy.
3 Onun ləziz təamlarına tamah salma,
Çünki bunlar aldadıcı təamlardır.
4 Var-dövlət qazanmaq üçün özünü yorma.+
Qartaltək qanad açıb göylərə uçacaq.+
6 Xəsis adamın çörəyini yemə,
Onun ləziz təamlarına tamah salma.
7 Çünki o, hər şeyin hesabını tutar,
«Buyur, ye, iç» desə də, boğazdan yuxarı deyər.
8 Yediyin loğmanı qusarsan,
Təriflərin də hədər gedər.
10 Qədim sərhəd nişanını yerindən tərpətmə,+
Yetim-yesirin sahəsinə girmə.
11 Çünki onların Hamisi güclüdür,
Səndən etdikləri şikayətə O baxacaq.+
12 Ürəyini tərbiyəyə yönəlt,
Qulağını biliyə sarı çevir.
13 Uşaqdan tərbiyəni əsirgəmə,+
Onu kötəkləsən, ölməz.
14 Onu kötəklə ki,
Məzardan* qoruyub saxlayasan.
18 Yalnız o vaxt gələcəyin olar,+
Ümidin puça çıxmaz.
19 Oğlum, dinlə, hikmətli ol,
Qəlbini düz yola yönəlt.
21 Çünki əyyaş və qarınqulu yoxsulluğa düşər,+
Mürgü döyən cır-cındır içində qalar.
24 Saleh adamın atası sevinər,
Ağıllı övladın atası fərəhlənər.
25 Atan, anan sevinər,
Səni dünyaya gətirən anan şad olar.
26 Oğlum, qəlbini mənə ver,
Qoy gözlərin yollarımdan həzz alsın.+
27 Fahişə dərin çaladır,
Əxlaqsız qadın dar quyudur.+
28 O, quldur kimi pusquda durar,+
Xəyanətkar kişilərin sayını artırar.
29 Kim ah-vay edər?
Kimin dərdi-səri olar?
Kimin başı qalmaqaldan açılmaz?
Kim giley-güzar edər?
Kimin bədəni yara-yara olar?
Kimin gözləri donuq olar?
30 Şərab arxasından durmayanın,+
Gözləri tünd şərab axtaranın.
31 Şərabın al rənginə,
Badədə parlamasına, rahat içilməsinə baxma.
32 Axırda ilan kimi çalar,
Gürzə kimi zəhər buraxar.
34 Özünü dənizin tən ortasında uzanmış,
Dor ağacının başında yatmış sanarsan.
35 Deyərsən: «Məni vurdular, hiss eləmədim,
Döydülər, xəbərim olmadı.
Görəsən, nə vaxt ayılacağam?+
Yenə içərdim».