Ərəmya
29 Ərəmya peyğəmbər sürgündə olan xalqın arasındakı o biri ağsaqqallara, kahinlərə, peyğəmbərlərə və Navuxodonosorun Yerusəlimdən Babilə əsir apardığı xalqa Yerusəlimdən namə göndərdi. 2 Bu naməni Yəkunya+ padşah, məlikə ana,+ saray məmurları, Yəhuda və Yerusəlim başçıları, sənətkarlar və dəmirçilər* Yerusəlimdən gedəndən sonra göndərdi.+ 3 Onu Yəhuda padşahı Sidqiyyənin+ Babilə, Navuxodonosor padşahın yanına göndərdiyi Şafan+ oğlu İlasa və Xilqiyyə oğlu Cəməri apardı. Namədə deyilirdi:
4 «İsrailin Allahı, ordular Allahı Yehova Yerusəlimdən Babilə sürgün etdiyi xalqa belə deyir: 5 “Evlər tikib yaşayın. Bağ salıb meyvəsini yeyin. 6 Arvad alın, oğul-qız sahibi olun, oğullarınıza qız alın, qızlarınızı ərə verin, qoy onlar da oğul-qız sahibi olsunlar. Orada törəyib çoxalın, azalmayın. 7 Sizi sürgün etdiyim şəhərin əmin-amanlığı üçün çalışın, o şəhərdən ötrü Yehovaya dua edin, çünki oranın əmin-amanlığı sizin əmin-amanlığınız deməkdir.+ 8 Çünki İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Qoymayın aranızdakı peyğəmbərlər, falçılar sizi aldatsın,+ onların gördüyü yuxulara qulaq asmayın. 9 Çünki onlar Mənim adımdan sizə yalan peyğəmbərlik edirlər. Onları Mən göndərməmişəm”,+ — bəyan edir Yehova».
10 «Yehova belə deyir: “Babildə yetmiş il tamam olanda sizə nəzər salacağam,+ sizi bu yerə gətirib vədimi gerçəkləşdirəcəyəm”.+
11 “Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm,+ amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir.+ 12 Siz Məni çağıracaqsınız, gəlib dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm”.+
13 “Məni axtaracaqsınız və sidqi-ürəkdən axtardığınız üçün tapacaqsınız.+ 14 Özümü sizə aşkar edəcəyəm,+ — bəyan edir Yehova. — Mən sizdən əsir gedənləri bir yerə toplayacağam, sizi bütün xalqların içindən, səpələdiyim yerlərdən yığacağam.+ Sizi haradan sürgün etmişdimsə, ora geri qaytaracağam”.+ Yehova bəyan edir.
15 Amma siz deyirsiniz: “Yehova Babildə bizə peyğəmbərlər verib”.
16 Davudun taxtında oturan padşaha,+ bu şəhərdə yaşayan camaata, sizinlə sürgünə aparılmayan qardaşlarınıza Yehovanın sözü budur: 17 “Ordular Allahı Yehova deyir: “Mən onların üstünə qılınc, aclıq, azar göndərirəm.+ Onları xarab, yeməyə yaramayan çürük* əncir kimi edəcəyəm”.+
18 “Onları qılıncla, aclıqla, azar təqib edəcəyəm.+ Mən onları dünyanın bütün səltənətlərinə səpələyəcəyəm, xalqlar onlara baxıb mat qalacaq, dəhşətə gələcək,+ onlara fit çalacaq,+ lənət oxuyacaq, rişxənd edəcək.+ 19 Çünki onlar dönə-dönə göndərdiyim peyğəmbər qullarım vasitəsilə dediyim sözlərə qulaq asmırlar”,+ — bəyan edir Yehova.
“Siz də Mənə qulaq asmırsınız”,+ — bəyan edir Yehova.
20 Odur ki, Yehovanın sözünü eşidin, ey Yerusəlimdən Babilə sürgün etdiyim adamlar. 21 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Mənim adımla yalan peyğəmbərliklər söyləyən+ Qolay oğlu Əhəbi və Məseyyə oğlu Sidqiyyəni Babil padşahı Navuxodonosora təslim edirəm. O, gözünüzün qabağında onları öldürəcək. 22 Onların başına gələnlər Babilə sürgün olunan yəhudalıların dilində qarğışa çevriləcək. Deyəcəklər: “Görüm Yehova səni Babil padşahının diri-diri yandırdığı Sidqiyyə ilə Əhəbin gününə salsın!” 23 Çünki onlar İsraildə biabırçılıq edir,+ soydaşlarının arvadları ilə zina edir, Mənim adımdan yalan sözlər, onlara buyurmadığım şeyləri söyləyirlər.+
“Mən bundan agaham, buna şahidəm”,+ — bəyan edir Yehova».
24 «Nehlamlı Şəmaya+ söylə ki, 25 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Sən Yerusəlimdəki camaata, kahin Məseyyə oğlu Səfənyaya+ və kahinlərə öz adından məktub göndərib demisən: 26 “Yehova səni kahin Yəhyadayın yerinə qoyub ki, Yehovanın evinə nəzarət edəsən, özünü peyğəmbər kimi aparan hər sərsərinin işinə baxasan, onu kündəyə salasan.+ 27 Bəs niyə aranızda özünü peyğəmbər kimi aparan+ ənatutlu Ərəmyanı+ cəzalandırmırsan? 28 O, hətta Babilə, bizə bu xəbəri göndərib: “Sürgün uzun çəkəcək! Evlər tikib yaşayın, bağ salıb meyvəsini yeyin”».+
29 Kahin Səfənya+ bu məktubu Ərəmya peyğəmbərə oxudu. 30 Onda Ərəmyaya Yehovanın sözü nazil oldu: 31 «Sürgündə olanlara xəbər göndər: Yehova nehlamlı Şəmay haqqında belə deyir: “Mən göndərmədiyim halda, Şəmay sizə peyğəmbərlik etdi, sizi yalana inandırmaq istədi.+ 32 Ona görə də Yehova belə deyir: “Mən nehlamlı Şəmayı və onun övladlarını cəzalandıracağam. Bu xalqın arasında onun nəslindən heç kim sağ qalmayacaq. Xalqıma edəcəyim yaxşılığı o görməyəcək, çünki o, xalqı Yehovaya qarşı qaldırır, — bəyan edir Yehova”».