Ərəmya
4 Yehova bəyan edir: «Ey İsrail, Mənə dönsən,
Mənə dönsən,
İyrənc bütlərini önümdən rədd eləsən,
Didərgin düşməzsən.+
2 Əgər dürüstlüklə, haqq-ədalətlə
“Yehovaya and olsun” deyib and içsən,
Xalqlar Ondan* nemət alar,
Onunla öyünər».+
3 Yehova Yəhuda və Yerusəlim əhlinə belə deyir:
«Şumluq torpağı şumlayın,
Tikanlar arasına toxum səpməyin.+
4 Siz, ey Yəhuda kişiləri, Yerusəlim əhli!
Yehovaya görə özünüzü sünnət edin,
Ürəyinizin sünnət ətini kəsin,+
Yoxsa pis əməllərinizə görə
Qəzəbim od tutub yanacaq,
Yanacaq, onu söndürən olmayacaq».+
5 Yəhudada car çəkin, Yerusəlimdə bəyan edin.
Bağırın, bütün ölkədə şeypur çalın.+
Haray çəkib deyin: «Toplaşın,
Qala-şəhərlərə qaçaq.+
6 Siona gedən yolu göstərən nişan qoyun.
Sığınacaq axtarın, boş durmayın».
Şimaldan bəla, böyük qırğın göndərirəm.+
Öz yerindən çıxdı ki, gəlib yurdunuzu kor günə qoysun.
Şəhərləriniz viran olacaq, kimsəsiz qalacaq.+
9 Yehova bəyan edir: «Həmin gün padşah da,
Əyanlar da ürəyini yeyəcək.+
Kahinləri dəhşət bürüyəcək, peyğəmbərlər donub qalacaq».+
10 Onda mən dedim: «Ah, Külli-İxtiyar Yehova! Sən “sülh olacaq” deyib bu xalqı, Yerusəlimi əməlli-başlı aldatdın,+ amma bax, qılınc boğazımıza dirənib».
11 O vaxt bu xalqa, Yerusəlimə deyəcəklər:
«Səhradakı çılpaq təpələrdən əsən səmum yeli
Xalqımın üstünə əsəcək.
Amma sovurub təmizləmək üçün yox.
12 Güclü külək Mənim əmrimlə əsəcək.
İndi isə onlara qarşı hökmümü elan edəcəyəm.
Vay halımıza, məhv olduq!
14 Ey Yerusəlim, ürəyini yuyub pislikdən təmizlə ki, xilas olasan.+
Nə vaxta qədər beynində pis fikirlər dolaşacaq?
15 Dandan səs gəlir,+
Əfraim dağlarından fəlakət xəbəri yayılır.
16 Xalqlara xəbər verin,
Yerusəlim əleyhinə car çəkin».
«Uzaq diyardan gözətçilər gəlir,
Onlar Yəhuda şəhərlərində nərə çəkəcəklər.
17 Çöllükdəki keşikçilər kimi hər tərəfdən Yerusəlimə hücum çəkəcəklər,+
Çünki o, Mənə asi çıxdı»,+ — bəyan edir Yehova.
18 «Əməllərinə, hərəkətlərinə görə cavab verəcəksən,+
Başına böyük fəlakət gələcək,
Acısı ürəyinə çatacaq».
19 Əzabdan qıvrılıram,
Köksüm qan ağlayır,
Ürəyim partlayır.
20 Fəlakət xəbəri dalınca fəlakət xəbəri gəlir,
Bütün ölkə viran qalıb.
Çadırlarım bir göz qırpımında uçdu,
Parçaları bir anda yerə çökdü.+
21 O nişanı nə vaxta qədər görəcəyəm?
Nə vaxtacan şeypur səsi eşidəcəyəm?+
22 «Xalqım ağılsızdır,+
Məni saymır.
Axmaq övladlardır, cahildirlər.
Pislik etməyə gələndə başları yaxşı işləyir,
Yaxşılığa gəlincə, heç nə qanmırlar».
23 Yerə baxdım. Boş və kimsəsiz idi.+
Göyə baxdım. Zülmət idi.+
24 Dağlara baxdım. Sarsılırdı,
Təpələr titrəyirdi.+
25 Baxdım, baxdım. Bir ins-cins görmədim.
Göydəki quşlar uçub getmişdi.+
26 Baxdım, baxdım. Bağ səhraya dönmüşdü.
Şəhərləri darmadağın olmuşdu.+
Bunu Yehova etdi,
Kükrəyən qəzəbi etdi.
27 Budur, Yehova deyir: «Bütün ölkə viran olacaq,+
Amma oranı tamamilə məhv etməyəcəyəm.
Bunu Mən dedim, hökmü Mən verdim.
Fikrimi dəyişməyəcəyəm, niyyətimdən dönməyəcəyəm.+
29 Süvarilərin, oxatanların səsindən
Şəhər əhli qaçır.+
Meşəlikdə gizlənir,
Qayalara dırmaşır.+
Şəhərlər boş qalıb,
Orada kimsə yaşamır».
30 Bu viran halınla indi nə edəcəksən?
Bir vaxtlar al-qırmızı libas geyərdin,
Qızıl bəzəklər taxardın,
Gözlərinə sürmə çəkib cazibəli edərdin,
Amma özünü əbəs yerə gözəlləşdirdin,+
Çünki səndən ötrü alışıb-yananlar səni atdılar,
İndi də canının qəsdinə durublar.+
31 Sancıdan qıvrılan qadının zarıltısını eşidirəm,
İlk övladını dünyaya gətirən qadının iniltisini,
Nəfəsi çatmayan Sion qızının səsini duyuram.
O, əllərini açıb fəryad edir:+
«Vay halıma! Qatillər məndə can qoymadı!»