Ərəmya
2 Mənə Yehovanın sözü nazil oldu: 2 «Get, Yerusəlimdə car çək ki, Yehova belə deyir:
“Gəncliyində göstərdiyin vəfanı,+
Nişanlı vaxtındakı məhəbbətini,+
Səhrada, ot bitməyən torpaqda+
Ardımca gəldiyin vaxtı yaxşı xatırlayıram.
3 İsrail Yehova üçün müqəddəs idi,+ məhsulunun ilk nübarı idi”.
Ona toxunan günahkar sayılardı.
Müsibət onu haqlayardı, — bəyan edir Yehova».+
4 Yehovanın sözünü eşit, ey Yaqub evi,
Siz, ey İsrail evinin nəsilləri.
5 Yehova belə deyir:
«Ata-babalarınız Məndə nə səhv tapdı ki,+
Məndən bu qədər uzaqlaşdı,
6 Onlar soruşmadılar: “Hanı Yehova?
Bizi Misir diyarından çıxaran,+
Səhralıqdan,
Çöl-biyabandan,+ çala-çuxurdan,
Quraq torpaqlardan,+ qatı zülmətlərdən,
İnsan ayağı dəyməyən,
Kimsənin yaşamadığı yerlərdən keçirən hanı?”
7 Mən sizi bağlı-bağatlı diyara gətirdim ki,
Onun barından, nemətlərindən yeyəsiniz.+
Amma siz gəlib Mənim torpağımı murdarladınız,
Mənim irsimi iyrənc bir yerə döndərdiniz.+
8 Kahinlər soruşmadılar: “Hanı Yehova?”+
Əllərində Qanunu tutanlar Məni tanımadılar,
Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər,+
Kara gəlməyən allahların ardınca getdilər.
9 “Odur ki, sizinlə çəkişməm var,+ — bəyan edir Yehova.
Övladlarınızın övladları ilə də çəkişəcəyəm”.
10 “Kittim+ sahillərinə keçib baxın.
Qədara+ qasid göndərib öyrənin,
Görün heç belə şey baş verib?
11 Heç hansısa xalq öz allahlarını başqalarına dəyişib?
Halbuki öz allahları da allah deyil.
Mənim xalqım isə calalımı boş şeylərə dəyişib.+
12 Ey göylər, heyrətlə baxın,
Dəhşətdən titrəyin, — bəyan edir Yehova.
13 Çünki xalqım iki pis iş tutub:
Onlar Məni, dirilik suyu mənbəyini atıb,+
Özləri üçün hovuzlar,
Su saxlamayan çatlaq hovuzlar oyublar.
14 Məgər İsrail nökərdir? Yoxsa o, kölə doğulub?
Bəs onda niyə onu qarət edirlər?
15 Onun üstünə cavan aslanlar nərə çəkir,+
Bağırıb nərildəyir.
Ölkəni dəhşətli hala salıblar.
Şəhərlərinə od vurublar, bir ins-cins qalmayıb.
16 Nof*+ və Təfnis+ əhli səni çapıb-talayır.
17 Məgər bunları özün öz başına gətirmədin?
Allahın Yehovanı tərk etdin,+
Halbuki O, sənə bələdçilik edirdi.
18 Misirə gedən yolda nə işin var?+
Könlündən Sihor suyundan içmək keçir?
Bəs Aşşura gedən yolda nə işin var?+
Fəratın suyundan içmək istəyirsən?
19 Bəd əməllərindən ibrət al,
Xəyanətkarlığın səni töhmətləndirsin.
Allahın Yehovanı tərk etməyin
Necə pis, necə acı olduğunu bil və anla.+
Sən Məndən heç qorxmursan,+ — bəyan edir Külli-İxtiyar, ordular Allahı Yehova*.
20 Qədimdə sənin boyunduruğunu parçaladım,+
Buxovlarını qırıb atdım.
Amma sən dedin: “Sənə xidmət etməyəcəyəm”.
21 Səni saf toxum kimi, əla qırmızı üzüm gətirən meynə kimi əkmişdim,+
Necə oldu ki, önümdə yabanı meynənin vəhşi budaqlarına çevrildin?+
22 Qələvi ilə, çoxlu gilabı ilə yuyunsan da,
Günahın önümdə ləkə kimi qalacaq+” — Külli-İxtiyar Yehova bəyan edir.
23 Sən necə deyirsən: “Özümü ləkələməmişəm,
Baalların ardınca getməmişəm”?
Vadidəki yoluna bax,
Elədiklərini gör.
Sən çılğın, gənc dişi dəvəyə,
Ora-bura vurnuxan dəvəyə bənzəyirsən.
24 Qızanda havanı iyləyən,
Çöllüyə öyrəşmiş vəhşi eşşək kimisən.
Qızışanda kim onun qabağını ala bilər?
Onu axtaranlar özlərini yormaz,
Həmin vaxt gələndə onu taparlar.
25 Ayağın yalın qalmasın,
Boğazın susuzluqdan qurumasın.
Amma sən dedin: “Mümkün deyil! Xeyr!+
26 Oğurluq üstündə tutulan necə biabır olursa,
İsrail evi də elə biabır olub,
Padşahları, əmirləri,
Kahinləri, peyğəmbərləri — hamısı.+
27 Onlar ağaca “atamsan”,+
Daşa “məni sən dünyaya gətirmisən” deyirlər.
Mənə isə üzlərini yox, arxalarını çevirirlər.+
Amma dara düşəndə deyəcəklər:
“Qalx, bizi qurtar!”+
28 Bəs hanı sənin düzəltdiyin allahlar?+
Bacarırlarsa, qoy dar günündə qalxıb səni qurtarsınlar.
Çünki, ey Yəhuda, allahlarının sayı şəhərlərinin sayına çatıb.+
29 “Niyə Mənimlə çəkişirsiniz?
Niyə Mənə qarşı qalxmısınız?”+ — bəyan edir Yehova.
Öz qılıncınız öz peyğəmbərlərinizi parçaladı,+
Yırtıcı aslan kimi.
31 Ey nəsil, Yehovanın sözünə diqqət et!
Məgər Mən İsrail üçün səhralığa çevrilmişəm?
Yoxsa qatı zülmət diyarına dönmüşəm?
Nə üçün xalqım, bu camaat: “Hara istəsək gedəcəyik.
Artıq Sənə dönməyəcəyik” deyir?+
32 Qız öz bəzəyini,
Gəlin öz kəmərini unudarmı?
Amma xalqım xeyli vaxtdır Məni unudub.+
33 Məşuq tapmaqda mahirsən, ey qadın!
Bəd əməllərdə pərgarsan.+
34 Ətəyin günahsızların, fəqirlərin qanına bulaşıb.
35 Sən isə deyirsən: “Mən məsumam.
Onun mənə olan qəzəbi soyuyub”.
O ki deyirsən “mən günahsızam”,
Sənə qarşı hökmü icra edəcəyəm.
36 Necə də asanlıqla yollarını dəyişirsən!
37 Buna görə də əlinlə başını tutub gedəcəksən,+
Çünki ümid bağladığın kəsləri Yehova rədd etdi.
Onlardan sənə fayda gəlməyəcək».